Seçenov Universitetinin Bakı filialının rezidenturasına qəbul 40 yerə çatdırılacaq
19.12.2021 16:52

2022-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rezidenturasına qəbul olmaq istəyənlər üçün yerlərin sayının 40-a çatdırılması nəzərdə tutulur.

 

Bu fikirləri İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev "Endokrinologiyanın aktual problemləri" konfransında deyib.

 

Ə.Əliyev bildirib ki, Bakı filialının ilk məzunlarının rezidenturaya qəbulu 2021-ci ildə elan edilib: "Qəbul Dövlət İmtahan Mərkəzinin qaydalarına uyğun aparılıb və birinci il üçün ümumi cərrahiyyə, mamalıq-ginekologiya, onkologiya, ürək-damar cərrahiyyəsi, anesteziologiya-reanimatologiya, daxili xəstəliklər və s. kimi 13 əsas ixtisas üzrə 20 yer ayrılıb".

 

Professor, həmçinin qeyd edib ki, 2021-ci il iyulun 6-da Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun səfəri çərçivəsində Bakıda Azərbaycan və Rusiya arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında yenilənmiş saziş ciddi əhəmiyyətə malikdir: "Saziş iki ölkə arasında əməkdaşlıq sahələrini – yoluxucu və qeyri-infeksion xəstəlikləri, tibb işçilərinin yenidən hazırlanması, elmi-tədqiqat institutları arasında birbaşa əlaqələrin yaradılması, tibbi tədqiqat institutları və icmalar arasında əlaqələrin qurulmasını əhatə edir. Gələcəkdə iki ölkə arasında qarşılıqlı olaraq tibb və əczaçılıq sahələri üzrə informasiya mübadiləsinin genişləndirilməsi, mütəxəssislər tərəfindən səhiyyənin aktual problemlərinə həsr olunmuş master-klasların və seminarların təşkil edilməsi planlaşdırılır. Ümumiyyətlə universitetin Bakı filialı Azərbaycan və Rusiyanın tibb ictimaiyyətinin birgə formalaşmasında mühüm əhəmiyyət kəsb edir və sıx təcrübə mübadiləsinə töhfə verir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır