Seçenov Universitetinin Bakı filialı Azərbaycanın aparıcı klinikaları ilə əməkdaşlıq edir
18.12.2021 16:16

"İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı universitetin xarici ölkədəki ilk filialıdır. Universitetin Bakı filialı 2015-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. 2021-ci ildə universiteti ilk 87 məzun bitirib ki, onlardan 15 nəfəri fərqlənmə diplomuna layiq görülüb, 3 nəfəri isə medalla təltif edilib. Filialda təhsil müddəti 6 il və ümumi tələbə sayı 703-dür. Əczaçılıq sənayesi üzrə magistratura pilləsində təhsil müddəti 2 il, tələbə sayı 21-dir. Filial hər il müalicə işi ixtisası üzrə 125, əczaçılıq sənayesi ixtisası üzrə isə 15 tələbə qəbul edir".

 

Bu fikirləri İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev "Endokrinologiyanın aktual problemləri" konfransında deyib.

 

Rektor bildirib ki, universitetin Bakı filialı ölkənin aparıcı klinikaları ilə əməkdaşlıq edir:

 

"Belə klinikalara Milli Onkologiya Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Mərkəzi Klinika daxildir. Tələbələr, həmçinin xarici ölkələrdə yerləşən bir sıra tanınmış klinikalarda da müqavilə əsasında təcrübə keçmək imkanına malikdirlər. Filialın bazasında müasir yüksək texnologiyalara malik trenajor, kompüterləşdirilmiş tədris stimulyasiya mərkəzi fəaliyyət göstərir. Həmçinin 2021-ci ildə Bakı filialında ilk dəfə olaraq filialın ilk məzunlarının rezidenturaya qəbulu həyata keçirilib. Qəbul Dövlət İmtahan Mərkəzinin qaydalarına uyğun aparılıb və ümumi cərrahiyyə, mama-ginekologiya, onkologiya və s. daxil olmaqla rezidentura üçün ümumilikdə 13 ixtisas üzrə 20 yer ayrılıb. Universitetin Bakı filialının təsisi, sözsüz ki, Azərbaycan və Rusiyanın tibb elminin inkişafında mühüm əhəmiyyət kəsb edir və təcrübə mübadiləsindən xəbər verir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır