Qlobal tibb müəssisələrinin 73%-i köhnə əməliyyat sistemli cihazlardan istifadə edir - ARAŞDIRMA
17.12.2021 12:45

Dünya üzrə tibb müəssisələrinin 73%-i köhnəlmiş əməliyyat sisteminə malik cihazlardan istifadə edir.

 

Aztibb.az-ın "APA-Economics"ə istinadən məlumatına görə, bu barədə "Kaspersky" şirkətinin araşdırmasında deyilir.

 

Araşdırma onu göstərib ki, sistem zəiflikləri ucbatından hər ikinci tibb müəssisəsi ya məlumat sızması, ya DDoS hücumları, ya da pul tələb edən proqramlarla qarşılaşıb. Sorğuda iştirak edənlərin yalnız 30%-i əmindir ki, çalışdıqları təşkilat insident baş verməsi halında təcavüzkarlara qarşı effektiv mübarizə apara bilər.

 

"Kaspersky"nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədovun sözlərinə görə, tibb müəssisələrinə hücumlar məlumat sızmasından tutmuş təşkilatlarda baş verən əksər proseslərin dayanmasına kimi müxtəlif nəticələrə səbəb ola bilər: "İstənilən halda onlar təkcə maliyyə itkisi təhdidi yaratmaya bilərlər. Amma əgər "ağıllı" cihazlara – internetə qoşulmuş cihazlar dəstinə sistem yenilənmələri vaxtında quraşdırılarsa, həmçinin əməkdaşların rəqəmsal savadlılığı artırılarsa, riskləri azaltmaq olar".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır