Rezidentlərin praktik təcrübələri artırılır - Fotolar
13.12.2021 13:19

ATU-nun Tədris Cərrahiyyə Klinikasında cərrahiyyə ixtisası üzrə Neyrocərrahiyyə, Travmatologiya və Ortopediya şöbələrinin rezidentləri üçün təlim kursu keçirilib.

 

Aztibb.az xəbər verir ki, I Cərrahi xəstəliklər kafedrasının assistenti Elman Əzimov və ATU TCK-nın Rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilovun təşkilatçılığı ilə baş tutan təlimi klinikanın direktoru, professor Surxay Hadıyev giriş sözü ilə açıb.

 

Direktor rezidentlərin elmi və praktik təcrübələrinin təkmilləşdirilməsi üçün klinikada hər cür şəraitin olduğunu bildirib, bu kimi təlimlərin rezidentlərin bilik və təcrübələrinin artırılmasında əhəmiyyətli rolu olduğunu vurğulayıb. Sonra I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov çıxış edib. Müasir təhsil sistemini təlimsiz təsəvvür etmədiyini bildirən professor indiyədək tələbələrin dünya ədəbiyyatında əldə olunan nəticələr və protokol qaydaları ilə tanış edildiyini deyib. O, hazırda “Mən bunu necə edə bilərəm?” adlı yeni bir istiqamət üzərində işlədiklərini qeyd edib və təlim iştirakçılarına istiqamətin mahiyyəti barədə məlumat verib:

 

“Göstəriciləri yüksək olan tanınmış cərrahları klinikamıza dəvət edəcəyik ki, əməliyyat təcrübələri və nəticələri ilə sizləri tanış etsinlər. Bizim bir neçə beynəlxalq şuralarla əlaqəmiz var. Orada konkret xəstələr müzakirə olunur. Məsələn, bu xəstəyə necə yanaşaq, necə diaqnoz qoyaq, onu necə müalicə edək? Bu kimi məsələlər şurada müzakirə edilir”.

 

Professor N.Bayramov bu təcrübəni daha da genişləndirmək niyyətləri olduğunu, bunun üçün bir çox cərrahi xəstəliklərin və tanınmış cərrahların siyahısını hazırladıqlarını söyləyib. Onların konkret xəstəliklərlə bağlı təcrübələrini və fikirlərini öyrənəcəklərini, yerli mütəxəssislərin də üzləşdikləri hər hansı xəstə və xəstəliyi müzakirəyə çıxarmaq şansı əldə edəcəyini vurğulayıb.

 

Sonra assistent Elman Əzimov “Bağırsaq tikişləri” mövzusunda çıxış edib. O, tikişin növləri, cərrahi əməliyyatlar zamanı işlənən saplar, onların xüsusiyyətləri, istifadə olunan iynələr və digər məsələlərlə bağlı geniş məlumat verib. Həmçinin fərqli əməliyyatlar zamanı iynə və sapların necə istifadə edilməsi haqda danışıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub