Neuralink şirkəti gələn il insan beyninə ilk çip yerləşdirməyi planlaşdırır
09.12.2021 12:53

İlon Maska məxsus olan Neuralink şirkəti 2022-ci ildə insan beyninə bu şirkətin çiplərinin implantasiyasına başlamağı planlaşdırır.

 

Aztibb.az www.ixbt.com-a  istinadla xəbər verir ki, beyinlərinə çiplər yerləşdiriləcək ilk pasiyentlər onurğa beyni ağır zədələnmiş insanlar olacaq. Neuralink şirkəti tərəfindən yaradılan çiplər insanların beyninə bu orqanın aktivliyini qeydə almaq və stimulyasiya etmək üçün implantasiya olunacaq.

 

Çipin təbabətdə, məsələn, onurğa beyninin ciddi zədələrinin və nevroloji pozuntuların müalicəsi üçün tətbiq edilməsi nəzərdə tutulur. Mask “The Wall Street Journal” nəşrinin Direktorlar Şurasının sammitində birbaşa efirdə müsahibə zamanı şirkətin 2022-ci il üçün planları barədə sualın cavabında bildirib ki, Neuralink texnologiyası meymunlar üzərində sınaqdan keçirilib. Ekspertlər bu çipin təhlükəsiz və etibarlı olduğunu, habelə zəruri hallarda çipi təhlükəsiz çıxarmaq mümkün olduğunu təsdiq ediblər.

 

Neuralink şirkəti beynin interfeysi texnologiyasının yaradılması ilə məşğul olan yeganə şirkət deyil. Bu il iyul ayında 20 nəfər əməkdaşı olan Synchron biotexnologiya firması həmin çiplərin insanlar üzərində testlənməsinə başlamaq üçün Qida məhsullarının və dərman vasitələrinin keyfiyyətinə Sanitar Nəzarəti İdarəsinin razılığını alıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır