Yeni rezidentlər Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə başlayıblar
26.11.2021 13:49

Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə başlayan rezidentlər yüksəkixtisaslı həkimlərinin rəhbərliyi ilə bilik və bacarıqlarını artırır, gələcəyin peşəkar həkimi kimi yetişdirilir, xəstələrin müalicəsində yaxından iştirak edir, təhsilin bu zəruri pilləsində addım-addım irəliləyirlər. Bu günün rezidentləri sabahın peşəkar həkimləridir.

 

Onların peşəkar kadr kimi yetişməsi üçün Mərkəzi Gömrük Hospitalında hər cür şərait yaradılmışdır. Rezidentlərin, həmçinin gələcəkdə beynəlxalq konfranslarda və konqreslərdə iştirak etmək imkanları var. Mərkəzi Gömrük Hospitalında 2018-ci ildən yaradılmış rezidentura təhsilinin əsas məqsədi gələcəkdə işinin peşəkarı, yüksək nəzəri və təcrübi biliklərə malik, Hippokrat andına sadiq olan savadlı həkimlər yetişdirməkdir.

 

2021-ci il noyabrın ayından etibarən rezidentura təhsilinə başlayan həkim-rezidentlər: Aqşin Əliyev kuratoru Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin həkim-anestezioloq-reanimatoloqu Təranə Göyüşova, Roza Fərmanova kuratoru Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin həkim-anestezioloq-reanimatoloqu Rəşad Nəsirli, Günel Cəfərova kuratoru Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin rəisi Tural Sadıqovun, Mirvari Nəsirova kuratoru Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin həkim-cərrahı Kamran Beydullayevin, Elşən Süleymanzadə kuratoru Cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzovun, Pəri Məhərrəmova kuratoru Radiologiya şöbəsinin həkim-radioloqu Emin Məmmədovun və Aysel Novruzova kuratoru Kardiologiya şöbəsinin invaziv kardioloqu Emin Hacıbalayevin rəhbərliyi altında fəaliyyət göstərəcəklər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır