COVID-19-a potensial yoluxma barədə bildiriş göndərən mobil əlavələr
02.09.2020 21:29

Sentyabrın 1-də “Apple” və “Google” şirkətlərinin nümayəndələri koronaviruslu xəstələrlə təmasların izlənilməsi sisteminin yaradıldığını elan ediblər. Bu sistem telefona mobil tətbiq kimi yüklənəcək.

Aztibb.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu şirkətlərin təmsilçiləri COVID-19 koronavirusuna yoluxma barədə bildiriş funksiyasının telefonlara növbəti yenilənmələr zamanı əlavə ediləcəyini, lakin istifadəçilərin bundan imtina etmək hüququna malik olduqlarını bildiriblər.

 

Telefonların bir-biri ilə yanaşı olduqları vaxtı izləmək üçün sistem “Bluetooth” texnologiyasından istifadə edir. Əgər proqrama qoşulan istifadəçi COVID-19-a müsbət nəticə alırsa və bu məlumatı öz telefonuna qeyd edirsə, o halda uzun müddət ərzində bilavasitə yaxınlığında olan hər kəsi avtomatik olaraq bu barədə məlumatlandırır.

Müvafiq bildirişi yalnız telefonlarında bu mobil tətbiqin fəaliyyət göstərməsinə razılıq verən istifadəçilər ala biləcəklər. Şirkətlər bildirirlər ki, təmasların izlənilməsi anonim olacaq və istifadəçinin olduğu yer qeyd edilməyəcək. Lakin məxfilik üzrə ekspertlər istifadəçilərin məlumatının nə dərəcədə təhlükəsiz olacağından narahatlıqlarını bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır