Elnur Həsənov: Ötən il qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən 12 min 465 uşaq qeydiyyata alınıb
18.11.2021 11:30

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq kardioloqu Elnur Həsənov hamiləlik dövrü və yenidoğulmuşlarda rast gəlinən ürək qüsurları ilə bağlı sualları cavablandırıb.

 

Aztibb.az müsahibəni təqdim edir:

 

- Anadangəlmə ürək qüsurlarının rast gəlmə tezliyi nə qədərdir və bu proses hansı faktorlarla bağlıdır?

 

- Hazırda anadangəlmə ürək qüsurlarının rast gəlmə tezliyi dünyanın müxtəlif ölkələrində fərqli diapazonlarda dəyişir. Ölkəmizdə bu nisbət hər 1000 doğuşa 7-8 ürək qüsurlu yenidoğulmuş təşkil edir. Əslində bu kiçik populyasiyalar üçün böyük rəqəmlərdir.

 

Ürək qüsurları bətndaxili inkişafın müxtəlif dövrlərində bir çox faktorların təsiri nəticəsində əmələ gələ bilər. Buna gen, xromosom səviyyəsində olan dəyişikliklər, embriogenezin artıq ürəyin formalaşmağa başladığı dövrünə təsadüf edən pozğunluqları və ya hamiləlik dövründə ana orqanizminə təsir edən xarici faktorlar (dərman qəbulu, alkoqol və ya siqaret istifadəsi, digər zərərli vərdişlər) aiddir. Molekulyar səviyyədə baş verən dəyişikliklərə xromosom və gen anomaliyaları aiddir. Bunlardan hamımızın bildiyi, xromosom artıqlığı səbəbi ilə yaranan Daun sindromudur. Bu xəstələrin təxminən 40%-i ürək qüsuru ilə anadan olur və qüsurlu xəstələrin demək olar ki, böyük faizi erkən yaşda cərrahi müalicəyə ehtiyac duyur.

 

Ümumilikdə, 2020-ci il ərzində Azərbaycanda 18 yaşına qədər qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən 12 min 465, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntuları problemi ilə isə 2021 uşaq qeydiyyata alınıb.

 

- Hamiləlik dövründə hansı laborator və instrumental müayinə metodlarının köməkliyi ilə bu xəstələrə diaqnoz qoyula bilər və ümümilikdə dəqiq diaqnoz qoyulması mümkündürmü?

 

- Hamiləlik həm qadın orqanizmi, həm də inkişaf edən uşaq orqanizmi üçün ciddi stress faktorudur. Hamiləliyin fərqli dövrlərində ürək qüsurları formalaşa bilər. Artıq hamiləliyin 16-cı həftəsindən etibarən fetal exokardioqrafiya metodunun köməkliyi ilə uşaqda ürək qüsurlarının diaqnostikası aparıla bilər. Bu metodla müayinənin ideal aparılma vaxtı 16-24-cü həftələr arasıdır. Lakin uşaqda ürək qüsurlarının diaqnostikası bütün hamiləlik periodunda aparıla bilər.

 

- Doğuşdan sonrakı dövrdə hansı hallarda və hansı əlamətlərin varlığında uşaqda ürək qüsurundan şübhələnilə bilər? Neanotoloji mərkəzlərdə bu proses necə tənzimlənməlidir?

 

- Anadangəlmə ürək qüsurları özünü müxtəlif kliniki əlamətlərlə göstərə bilər, bu, ana tərəfindən çox rahatlıqla görülə bilər. Ağır ürək qüsuru ilə doğulmuş uşaqlarda göyərmə, qidalanma çətinliyi, tez yorulma, tez-tez nəfəs alma və döş qəfəsində gözlə görünən ürək döyünməsi sayının çox olması qeyd edilə bilər. Ürəyində böyük dəlik olan uşaqlarda isə aylarla çəki almama, tez-tez tənəffüs yolları infeksionları, göyərmə və bayılma kimi əlamətlər görülə bilər. Ümumiyyətlə, yenidoğulmuş xəstə qrupunda neonatoloji dəyərləndirmə önəmli yer tutur. Uşaq anadan olduqdan sonra qısa müddət ərzində saturometr vasitəsilə uşaqda qanın oksigenlə doyumluluğu yoxlanıla bilər və bu göstərici də hər hansı bir dəyişikliklərlə uşaqda ürək qüsuru haqqında şübhə yarada bilər. Daha sonra isə pediatr tərəfindən müayinə olunan uşaqlarda hər hansı bir küyün eşidilməsi uşaqda ürək qüsuru olması haqqında təsəvvür yarada bilər və bundan sonra valideynlər planlı şəkildə pediatrik kardioloqa yönləndirilə bilər.

ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
Həmkarımızın psixoloji tükəndiyini necə anlayaq?
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri tərəfindən loqoped xidməti təşkil olunub
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir