Həkim-endokrinoloq: "Tibb müəssisələrində qeydiyyatda olan şəkər xəstələrin sayı 287 min 466 nəfərdir"
15.11.2021 12:56

"Ümumi diabet simptomlarına yorğunluq və zəiflik, ağızda quruluq, tez-tez yaranan aclıq hissi, səbəbsiz çəki itkisi, bulanıq görmə daxidlir".

 

Aztibb.az xəbər verir ki, həkim-endokrinoloq Xalid Qurbanzadə Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki hesablarına diabet xəstəliyi ilə bağlı gələn sualları cavablandırarkən belə deyib.

 

"Gizli şəkər" nədir?

 

- Qanda şəkərin səviyyəsi normadan yüksəkdirsə, lakin şəkərli diabet diaqnozu qoymaq üçün kifayət deyilsə, o zaman həmin şəxs prediabet (gizli diabet) kimi təyin edilə bilər. Tam normal şəxsdə aclıq qan şəkəri 100 mg/dl altında olmalıdı, diabet göstərici isə 126 mg/dl-dan yüksək hesab edilir. Məsələn, tədqiqatlar zamanı “Diabetin qarşısının alınması proqramına” qatılan prediabet xəstələrinin 11% də diabetin inkişaf etdiyi görülüb. Son zamanlar diabetin diaqnostikasında çox vacib kriteriyalardan biri 3 aylıq şəkər göstəricisidir ki, normal şəxslərdə şəkər miqdarı 5,6 mmol/l altında, diabet xəstələrində isə 6,5 mmol/l çox olan insanlardır. Qeyd edilən sərhəd aralığında şəkər miqdarı olan şəxslər isə prediabetik qrupa daxil olur. Prediabetik pasientlər əvvəllər şəkərə meyillilik olaraq qeyd edilirdi, son zamanlar isə mütəxəssislər bu şəxslərdə də diabetdəki ağırlaşmaların ola biləcəyi düşünülərək xəstələr ciddi nəzarətdə saxlanılır. Prediabetik xəstələr şəkərə meyillilikdir, doğru zamanında təyin edilmiş müalicə və doğru həyat tərzi ilə bu mərhələni uzadıb diabetə keçidi uzun zaman saxlamaq mümkündür. 2020-ci ildəki statistikaya görə, tibb müəssisələrində qeydiyyatda olan şəkər xəstələrin sayı 287 min 466 nəfərdir.

 

Diabet əlamətləri hansılardır?

 

- Qidalanma yolu ilə qana keçən qlükoza insulin hormonunun azlığından hüceyrələr tərəfindən sorula bilmir və qanda şəkər yüksəlir. Qanda şəkərin artmasına "hiperqlikemiya" deyilir. Şəkərin diaqnozu üçün 8 saatlıq aclıqdan sonra qan şəkərinin normal dəyəri 100-110 mq/dl olmalıdır.

 

Qandakı yüksək şəkər səviyyəsinə nəzarət edilməzsə və yüksəlmə davamlı olaraq baş verərsə, daxili orqanların ciddi struktur zədələnməsinə səbəb olur. Yüksək qan şəkəri ilə əlaqəli diabet simptomları diabetin klassik 3P simptomları adlanır. Bu, polidipsiya (həddindən artıq susuzluq və su içmək istəyi, maye qəbulunun əhəmiyyətli dərəcədə artması), poliuriya (çox tez-tez sidiyə getmə) və polifagiya (çox yemək istəyi, iştahanın artması).

 

Bunlara əlavə olaraq, digər ümumi diabet simptomları daxildir: yorğunluq və zəiflik, ağızda quruluq, tez-tez yaranan aclıq hissi, səbəbsiz çəki itkisi, bulanıq görmə.

 

Kimlər risk altındadır?

 

- Bədən Kütləvi İndeksi (BKİ) 25 kq/m2) və daha yuxarı olan insanlarda şəkərli diabetə tutulma ehtimalı normal insanlardan 5 dəfə çox olur.

 

Birinci dərəcəli qohumlarında (ana, ata, qardaş kimi) şəkərli diabet olanlar; YSLP xolesterolun miqdarı < 35 mq/dl (0.90 mmol/l) və/və ya triqliseridlərin miqdarı > 250 mq/dl (2.82 mmol/l); Polikistoz yumurtalıqlar sindromu (PKYS) olan qadınlar; ürək-damar xəstəliyi olanlar; yüksək qan təzyiqi olanlar; əvvəllər gizli şəkər diaqnozu qoyulmuş şəxslər yüksək risk qrupunda hesab olunur.

 

Evdə qan şəkərinin ölçülməsi tezliyi nə qədər olmalıdır?

 

- Qanda şəkərin ölçülməsi tezliyi diabet xəstəsinin ehtiyacları ilə müəyyən edilir. Bu sualın ən dəqiq cavabı sizdən və sizi izləyən həkiminizin qərarından asılıdır. İnsulindən istifadə edən 1-ci tip diabet xəstələri gündə ən azı 4 dəfə ölçməli və əvvəlki ölçmənin nəticələrinə uyğun olaraq insulin dozasını və yemək planlarını tərtib etməlidirlər.

 

İnsulindən istifadə etməyən 2-ci tip diabetli xəstələrdə gün ərzində qan şəkərinin dəyişməsi daha az olur, buna görə də Tip 2 diabet xəstələri adətən Tip 1 diabet xəstələri kimi qan şəkərini ölçməyə ehtiyac duymurlar. Bu xəstələrdə yeni müalicəyə keçərkən, dozanı tənzimləyərkən və həyat tərzində əhəmiyyətli dəyişiklik edərkən tez-tez ölçmə aparılmalıdır. Bu hallarda, səhər yeməyindən əvvəl və axşam yeməyindən əvvəl gündə iki ölçmə kifayət edəcəkdir.

 

Ən çox verilən suallardan biri - şəkər xəstələri COVID-19 vaksini vurdura bilərmi?

 

- Şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb