"Hippokrat andı içənlərin arxiv sənədləri" kitabı nəşr olunub  
14.11.2021 09:09

Azərbaycan Respublikasında arxiv quruculuğunun 100 illik yubileyi ilə əlaqədar Milli Arxiv İdarəsinin tədbirlər planı çərçivəsində "Hippokrat andı içənlərin arxiv sənədləri" kitabı tərtib edilib.

 

Aztibb.az xəbər verir ki, bu kitab ölkəmizin tibb elmi tarixində xüsusi xidmətləri olmuş Mirməmməd Cavadzadə, Ümnisə Musabəyova, Zəhra Quliyeva, Hüseyn Əliyev, Azad İsmayılov, Məmmədəmin Əfəndiyev, Adilə Namazova, Nazim Əfəndiyev, Gülzar İmaməliyeva və başqaları olmaqla dünya şöhrətli 24 həkimin Dövlət Elm və Texnika Sənədləri Arxivində mühafizə olunan şəxsi fondlarındakı sənədlər əsasında hazırlanıb. Yeni nəşr həmin şəxslərin həyat və fəaliyyəti, onların Azərbaycan səhiyyə sisteminə verdiyi töhfələr haqqında dolğun təsəvvür yaradır. 

 

Kitabın hazırlanmasında məqsəd gənc nəsli, eləcə də gənc alimləri tibb elminin inkişafına böyük töhfələr vermiş görkəmli şəxslərin həyat və fəaliyyəti ilə tanış etməkdir. Nəşrə Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənovun “Şəxsi mənşəli sənədlər elmi tədqiqatlar üçün əvəzsiz tarixi mənbədir” sərlövhəli məqaləsi də daxil edilib. 

 

Nəşrin məsul redaktor Milli Arxiv İdarəsinin rəisi filologiya elmləri doktoru, professor Əsgər Rəsulovdur. Kitab Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Elm və Texnika Sənədləri Arxivinin direktoru Fazil Abbasov, direktor müavini Natəvan Talıbova və arxivin əməkdaşları tərəfindən tərtib edilib.

 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib