Hamiləliyi mobil telefonla təyin etmək mümkün olacaq
27.10.2021 10:22

Alimlər laboratoriyada istifadə edilən səth plazma rezonansı texnologiyasını smartfonlarda tətbiq ediblər.

 

Aztibb.az xəbər verir ki, alman alimlərinin hazırladığı texnologiya sayəsində smartfonlar vasitəsilə hamiləlik, diabet və zəhərlənmə kimi müxtəlif vəziyyətlər dərhal müəyyən ediləcək.

 

Almaniya Hannover Universiteti Optik Texnologiyalar Mərkəzinin alimləri əsasən biomolekulyar sahədə istifadə olunan səth plazma rezonans sistemini (SPR - Surface Plasmon Resonance) smartfonlarda tətbiq edib. Elektron texnika olan SPR sistemi optik dəyişmə sayəsində bioloji qarşılıqlı təsirlərin hazırkı zamanda və yüksək doğruluq nisbəti ilə müəyyən edilməsini təmin edir.

 

Smartfonların kamera və flaşına bağlı və öz fiberoptik sensorları olan prototip telefona yüklənən bir proqramla çalışır və sensordan gələn məlumat dərhal ekranda görülə bilir.

 

Elm adamları mobil telefonların kamera və flaş işığından istifadə edərək hazırladıqları ilk nümunədə hədəf maddə olan qliserini uğurlu şəkildə aşkar edə biliblər.

 

Gələcəkdə istifadəçilər smartfonlarına taxacaqları bir modulla özlərinə aid qan, sidik, tüpürcək və tər kimi mayeləri test edə biləcək və bunlarla bağlı məlumatları rəqəmsal olaraq yarada biləcəklər. Riskli hallarda nəticələr dərhal həkimə göndərilə biləcək. Həkim xəstəsi ilə görüşmədən nəticələri araşdırıb diaqnoz qoya biləcək.

 

Modulun GPS ilə inteqrasiyası təmin edilərək test nəticələrinə əsasən lazım gəldikdə telefon xəstəni ən yaxın aptek və ya xəstəxanaya yönləndirəcək və ya təcili yardım çağıracaq.

 

Məhsulun satışa çıxarılma tarixi hələ ki məlum deyil. Lakin bu məhsulun ortaya çıxması ilə xəstə müayinə üçün gün təyin etdirmədən bəzi məsələlərdə öz testlərini özü edə biləcək, hətta həkiminə göndərib xəstəxanaya belə getmədən həkiminə dərman yazdıra biləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır