Miniatür robot-cərrah hazırlanıb
31.08.2020 16:37

Harvard Universiteti nəzdində “Wyss” Bioloji Mühəndislik İnstitutunun tədqiqatçıları və “Sony” şirkətinin mühəndisləri cərrahi əməliyyatları yüksək dəqiqliklə aparan tennis topu ölçüsündə mexanizm yaradıblar.
 

Aztibb.az saytı www.knowhow.pp.ua resursuna istinadən yazır ki, “Mini-RCM” adlı yeni cərrahi robot qeyri-adi konstruksiyaya və az çəkiyə malikdir, əksər analoqları ilə müqayisədə daha kompaktdır. Onun yaradılması zamanı materiallar bir-birinə üstün yığıldıqdan sonra uşaq kitablarında oriqami və ya fiqurlara bənzəyən üçölçülü forma yaratmaq üçün lazerlə kəsilir. “3D” strukturunun imitasiyası üçün “mini-RCM” bir neçə istiqamətdə işləyən üç xətli ötürücü vasitəsilə idarə olunur.
 

Testlər zamanı məlum olub ki, “mini-RCM” əllə idarə olunan alətdən 68 faiz dəqiqdir. Robot gözə iynənin daxil edilməsi prosedurunun imitasiyasını uğurla yerinə yetirir. Bu zaman dərman göz almacığının arxa tərəfindəki kiçik venalara çatdırılır. Bu məqsədlə “mini-RCM” tor qişasının venasını (saçdan təxminən iki dəfə qalın) imitasiya edən silikon borucuğu deşərək onu zədələməyib.
 

Bu kimi robotların kommersiya istifadəsinə nə vaxt təqdim olunacağı barədə məlumat verilməsə də, onlar böyük potensiala malikdirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır