Mərkəzi Gömrük Hospitalının daha bir rezidenti təhsilini müvəffəqiyyətlə başa vurub
08.10.2021 16:51

Mərkəzi Gömrük Hospitalının rezidenti Aydan Əsədli təhsilini müvəffəqiyyətlə başa vurub.


Aztibb.az xəbər verir ki, oktyabrın 1-də Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili alan rezidentlərdən iki nəfəri təhsilini uğurla başa vurub. Onlardan biri Aydan Əsədlidir.

 

Rezident Aydan Əsədli 2017-ci ildə Naxçıvan Dövlət Universitetini bitirib, 2018-ci ildə isə Azərbaycan Dövlət Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Mərkəzi Gömrük Hospitalının "Anesteziologiya-reanimatologiya" ixtisasına qəbul olub. O, Hospitalın Anesteziologiya və Reanimasiya şöbəsinin rəisi Tural Sadıqovun kuratorluğu ilə bu ixtisasın incəliklərinə dərindən yiyələnib, şöbənin digər həkimlərinin biliklərindən faydalanıb.


Mərkəzi Gömrük Hospitalında təcrübə keçdiyi 3 il ərzində o, öz bilik və bacarıqlarını xeyli artırıb, zəngin təcrübə əldə edib. Belə ki, Hospital COVID-19 infeksiyası ilə mübarizəyə başladığı gündən etibarən Anesteziologiya və Reanimasiya şöbəsində xəstələrin sağlamlığına qovuşması üçün əlindən gələni edib, bu mübarizədə Aydan Əsədli də yaxından iştirak edib.


“Mən Mərkəzi Gömrük Hospitalında peşəkar komandanın bir üzvü kimi çalışdığım üçün özümü şanslı hesab edirəm. Çünki burada peşəkar həkimlərin təcrübəsindən yararlanmaq və ən müasir avadanlıqlarla işləmək imkanımız var idi. Buna görə də əminəm ki, Mərkəzi Gömrük Hospitalında aldığım rezidentura təhsili gələcək işimdə mənə böyük kömək olacaq", - deyə o, MGH-nin kollektivinə minnətdarlığını ifadə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır