Görünüşcə xoş “ölü” çörək, yoxsa çovdar çörəyi – Birinci yazı
02.10.2021 15:47

Dünyada strateji ərzaq taxıl bitkilərindən biri də çovdardır. Bu bitkinin mədəni formada yalnız bir növü – səpin çovdarı məlumdur. Vətəni Türkiyənin Anadolu ərazisi hesab olunur. İki min ildən artıqdır ki, istifadə edilən çovdar buğda, arpa və vələmirdən sonra mədəniləşmiş bitki hesab olunur.

 

Aztibb.az hansı çörək növünün sağlamlıq üçün əhəmiyyətli olması, eləcə də çövdar çörəyin bilmədiyiniz faydaları haqqında yazını təqdim edir.

 

Təəssüflər olsun ki, bu gün dünya əhalisi öz gündəlik qida rasionunda narın üyüdülmüş, tərkibinə müxtəlif qatqılar əlavə olunmuş yumşaq buğda unundan hazırlanmış “ölü” çörəyə daha çox üstünlük verməkdədirlər. Nəticədə dünya əhalisi getdikcə daha çox piylənməyə məruz qalırlar.

 

Bu gün əksər ölkələrdə əhalinin 5 nəfərdən biri artıq çəkidən əziyyət çəkir. Hətta son iyirmi ildə uşaqlar arasında da piylənmə artmaqdadır. Qan-damar, onkoloji, şəkərli-diabet xəstəliklərindən əziyyət çəkən insanlar kifayət qədər sellüloza, eləcə də B və E qrupu vitaminlərlə təmin oluna bilmirlər.

 

Ssellüloza qanda qlükozanın, xolesterinin miqdarını nizamlayır və ikinci tip şəkərli-diabetli xəstəliyin inkişafını əngəlləyir. Bütün bunlar qaba üyüdülmüş çovdar unundan hazırlanmış çörəkdə daha çoxdur. Halbuki, çovdar çörəyindən gündəlik istifadə insanların, xüsusən də gənc nəslin sağlamlığında meydana çıxacaq problemlərin vaxtında aradan qaldırılımasında müstəsna rol oynaya bilər.

 

Qərbi Avropa ölkələrində çovdar çörəyinə xüsusi önəm verilir. 
Çoxsaylı tədqiqatlar bu bitkinin insan sağlamlığındakı rolunu, davamlı qida sistemində geniş tətbiq olunmasının əhəmiyyətini müəyyən edib.

 

 

 

Təsadüfi deyildir ki, UNESCO çovdar çörəyini dünyanın mədəni irs siyahısına daxil edib.

 

Çovdardan hazırlanmış çörək son iyirmi ildə bir çox Şimali, Mərkəzi və Şərqi Avropa ölkələrində pəhrizin fundamental elementi hesab olunur.

 

Düzdür, çovdarda zülalın miqdarı buğdaya nisbətən azdır. Lakin bu zülallar bioloji cəhətdən daha qiymətlidir. Beləki, çovdar dənində zülal həyat əhəmiyyətli əvəz edilməyən lizin, arginin, treonin, meteonin, valin və sistidin kimi amin turşuları ilə daha zəngindir. Bunlar da öz növbəsində toxumaların bərpası və böyüməsində, eyni zamanda antitel və hormonların artmasında mühüm rol oynayır.

 

Çovdarın dəni, kəpəyi və yaşıl gövdəsi müalicə üçün geniş istifadə edilir. Çovdar orqanizmin xəstəliyə qarşı mübarizəsinə kömək göstərməklə, bəlğəm əmələ gətirmək xüsusiyyətinə malikdir. Şəkərli diabet xəstəliyində pəhriz məhsulu kimi istifadə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib