Rezidenturaya qəbul imtahanları ilə bağlı elmi-metodik vəsaitlər nəşr olunur
01.10.2021 14:28

Rezidenturaya qəbul olmaq üçün namizədlərin imtahanlara daha səmərəli və sərbəst hazırlaşmaları məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən mütəmadi olaraq elmi-metodik vəsaitlər nəşr olunur.

 

Bu barədə “Rezidentura” jurnalının 3-cü nömrəsində məlumat verilib. Bildirilib ki, belə nəşrlərdən Azərbaycan və rus dillərində “İnsan anatomiyası”, “Bioloji kimya” , “Patoloji fiziologiya”, “Histologiya” (sitologiya, embriologiya, ümumi və xüsusi histologiya), “Normal fiziologiya”, “Baza fənləri üzrə test toplusu” (topluda olan test tapşırıqlarından 20 faizinin qəbul imtahanlarına düşmə ehtimalı var), “Baza fənləri üzrə test tapşırığı nümunələri və onların izahı” elmi-metodik vəsaitləri göstərmək olar. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Belə ki, Azərbaycan və rus dillərində “İxtisas fənləri üzrə test toplusu” elmi-metodik vəsait nəşrə hazırlanır və yaxın günlərdə oxuculara təqdim olunacaq.

 

Rezidenturaya qəbul imtahanlarına hazırlaşan namizədlərə dərsliklərdəki materialları öyrənməklə yanaşı, həm də ümumiləşdirmə aparmaq, biliklərini sistemləşdirmək və tətbiq etmək qabiliyyətlərini də inkişaf etdirmək tövsiyə olunur. Baza ali tibb təhsili verən təhsil müəssisələrində isə tələbələrin məntiqi düşünmə, nəzəri bilikləri tətbiqetmə bacarıqlarının inkişaf etdirilməsinə diqqət artırılmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır