Yüksək bal toplayan abituriyentlər ATU-da oxumağa üstünlük verir - Fotolar
28.09.2021 13:04
Hər il qəbul imtahanında yüksək bal toplayan tələbələrin üz tutduğu ali təhsil müəssisələrindən olan Azərbaycan Tibb Universiteti (ATU) bu il də öz reytinqini qoruyub saxlayıb. Üstəlik ölkənin bu ilki ən gənc tələbəsi də universitetdə təhsil alacaq.
Aztibb.az ATU-ya istinadla yüksək göstəricilərə imza atmış tələbələrdən bir neçəsini təqdim edir:
Kamil Əfəndiyev
21 oktyabr 2003-cü ildə Biləsuvar rayonunda yerləşən 4 saylı Cəbrayıl qəsəbəsində anadan olub. 2021-ci ildə Cəbrayıl rayonu, Əsgər Veysəlov adına Sirik kənd orta məktəbini fərqlənmə attestatı ilə bitirib. Bir sıra fənn olimpiadalarında iştirak edib. Respublika fənn olimpiadasında Riyaziyyat fənnindən rayon mərhələsində yer tutub.
Həkim olmaq həm özünün, həm də babasının arzusu olub: “Babam istəyirdi ki, ailəmizdə bir nəfər həkim olsun. Özümə söz verdim ki, babamın və özümün arzumu gerçəkləşdirim. Bu il 692.5 bal toplayaraq Azərbaycan Tibb Universitetinə daxil oldum. Bu uğuruma görə həmişə yanımda olan valideynlərimə, müəllimlərimə minnətdaram. Sevinirəm ki, onların mənə görə çəkdikləri əziyyət hədər getmədi.
Cavidan Bayramlı
2004-cü il iyunun 21-də Beyləqan rayonunda dünyaya gəlib. 2010-cu ildə R.Quliyev adına Yeni Mil kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub. Bu il 610.2 balla ATU-nun Hərbi tibb fakültəsinə daxil olub. Amma adıçəkilən fakültəyə daxil olan, yüksək bal toplayan 2 kursant Gülhanə Tədris və Araşdırma Xəstəxanasının Hərbi tibb fakültəsində oxumağa vəsiqə qazanıb. Onlardan biri də Cavidandır.
O, orta məktəbdə oxuduğu dövrdə Biologiya fənni üzrə olimpiadanın final turunda iştirak etmək hüququ qazanıb: “Türkiyədə təhsil alacağımı eşidəndə, mən və ailə üzvlərim çox sevindik. Bu xəbər məktəbimizin direktorunu, mənə dərs deyən müəllimlərimi də qürurlandırdı. Hazırlaşdığım bilik səviyyəsinə görə Tibb Universitetinə daxil olacağıma əmin idim. Amma Ankarada təhsil alacağım xəbərindən həyəcanlandım. Bir daha əmin oldum ki, müəllimlərinin məsləhətinə qulaq asıb, əzmlə çalışan heç bir şagirdin əziyyəti hədər getməz, zəhməti uğur və sevinclə nəticələnər”.
Aygün Məhərrəmova
2003-cü ildə Beyləqan rayonunun Yuxarı Aran kəndində anadan olub. 2017-ci ildə Respublika fənn müsabiqələrində fizika fənni üzrə iştirak edib və gümüş medal qazanıb. 2019-cu ildə isə Respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyat fənni üzrə gümüş medala layiq görülüb.
Elə həmin il “Ədəbiyyat biliciləri” adlı müsabiqədə də iştirak edib, həvəsləndirici yerə layiq görülüb. Rayon və region üzrə keçirilən bir sıra yarışlarda iştirak edərək diplom və sertifikatlar alıb. 691.4 bal toplayaraq universitetimizin I Müalicə-profilaktika fakültəsinə daxil olub. Yaxşı həkim olmaq üçün səylərini daha da artırmaq niyyətindədir.
Elmir Quliyev
2004-cü ildə Gəncədə anadan olub. 2021-ci ildə Gədəbəy rayonunun Ağmalı (indiki Çanaqçı) kənd tam orta məktəbini bitirib. 620.8 bal toplayaraq ATU-nun Hərbi tibb fakültəsinə daxil olub.
Yüksək nəticə göstərdiyinə görə, təhsilini Gülhanə Tədris və Araşdırma Xəstəxanasında davam etdirəcək: “Aşağı sinifdə oxuyanda, Qarabağ müharibəsi veteranı olan atam Rasim Quliyev hərbi həkimlər barədə mənə danışmışdı. Mənim də hərbi həkim olmağımı arzu edirdi. Onun arzusunu reallaşdırmağı 9-cu sinifdə qarşıma məqsəd qoydum. Atam mənə vətənpərvərliyi, Vətəni, torpağı sevməyi öyrətdi. Vətənimizi yağı düşmənlərdən necə qorumağı izah etdi. Ciddi hazırlaşdım və məqsədimə çatdım. Gülhanə Tədris və Araşdırma Xəstəxanasının Hərbi tibb fakültəsində oxuyacağım xəbəri ailəmi həm çox sevindi, həm də bir az kədərləndi. Ona görə sevindilər ki, Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinin birində təhsil alacağam. Ona görə kədərləndilər ki, vətəndən və qohumlardan bir az uzaqda olacağam. Amma məni heç bir çətinlik qorxutmur. Yaxşı həkim və hərbçi olacağıma əminəm”.
Həmid Səfərli
2006-cı il yanvarın 23-də Goranboy rayonunda anadan olub. 2021-ci ildə Goranboy rayon 2 saylı tam orta məktəbi bitirərək, 602.9 balla Azərbaycan Tibb Universitetinə daxil olub. Sevindirici haldır ki, H.Səfərlinin eyni məktəbdə təhsil alan bacısı Leyla da 631.1 bal toplayaraq universitetimizdə təhsil almaq hüququ əldə edib. Eyni fakültəyə daxil olan bacı-qardaş eyni qrupda təhsillərini davam etmək niyyətindədir: “Müəllimlər mənim qeyri-adi bacarığımı görüb 4 yaşımda məktəbə götürdülər. Bacımla eyni sinifdə oxudum. Tay-tuşlarımdan 2 yaş kiçik olsam da, onlardan geri qalmadım. Əla qiymətlərlə oxudum və gördüyünüz kimi, Tibb Universitetinin tələbəsiyəm. Gələcəkdə savadlı həkim olmaq niyyətindəyəm”.
Hər bir tələbəni ürəkdən təbrik edir, onlara bu yolda uğurlar və ölkəmizin savadlı həkimləri kimi yetişmələrini arzu edirik!
Bu bölməyə aid digər xəbərlər
Kimya İnstitutunda peşəkar gənc kadrlara ehtiyac var
23.10.2026 | 15:16
ATU-da fizioterapiya və tibbi reabilitasiya sahəsində əməkdaşlığın inkişafı müzaklirə olunub
23.10.2026 | 12:42
“AI in Medicine Innovation” təlim proqramı çərçivəsində ilk praktik məşğələ keçirilib
22.10.2026 | 14:46
Azərbaycanda hərbi tibbi ingilis dili üzrə təlim keçirilir
22.10.2026 | 10:54
Professor Gəray Gəraybəyli Prezident təqaüdünə layiq görülən tələbələrlə görüşüb
21.10.2026 | 16:44
ATU-da magistratura təhsilinin təşkili və keyfiyyəti müzakirə olunub
21.10.2026 | 11:23
Qazaxıstanlı magistrantlar Molekulyar Biologiya İnstitutunda elmi təcrübədə olublar
20.10.2026 | 16:53
ATU-da rezidentura hazırlığı DİM hədəfləri kontekstində müzakirə olunub
20.10.2026 | 15:57
Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib
20.10.2026 | 12:33
Tibb təhsili üzrə tədris proqramlarının yenilənməsi müzakirə olunub
19.10.2026 | 09:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

