Əbu-Dabi Əmirliyi dərman təchizatını dronlar vasitəsilə həyata keçirəcək
23.09.2021 09:52

Əbu-Dabi Əmirliyinin Səhiyyə Departamenti Yaxın Şərq və Şimali Afrikada ilk dəfə olaraq, dərman təchizatını dronlar vasitəsilə həyata keçirəcək. 

 

Aztibb.az xəbər verir ki, "Emirates" agentliyi bu məqsədlə 2022-ci ilin sonunadək 40 stansiyadan ibarət dron şəbəkəsinin yaradılacağı barədə məlumat yayıb. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qlobal innovasiya habına çevrilməsi proqramı çərçivəsində həyata keçiriləcək bu layihə əmirliyin müxtəlif yerlərinə təcili dərman və tibbi ləvazimat çatdırılmasını təmin edəcək.

 

Yeni layihə BƏƏ-nin Baş Mülki Aviasiya İdarəsi, "SkyGo" və "Matternet" şirkətlərinin iştirakı ilə reallaşacaq. Dərmanlarla yanaşı, dronlarla qan bankı və COVID-19 əleyhinə vaksin də daşınacaq. Əbu-Dabi Əmirliyi Səhiyyə Departamentinin rəhbəri Abdulla Əl-Həmid bildirib ki, dron şəbəkəsi dərman və tibbi ləvazimatların təcili çatdırılması ilə yanaşı, karbon qazının emissiyasının azaldılması, avtomobil yollarında sıxlığın aradan qaldırılması baxımından da əhəmiyyətli olacaq.

 

Artıq "SkyGo" və "Matternet" şirkətləri dronların səhiyyə sistemində istifadəsinin ilk sınaqlarını başa çatdırıblar. Əbu-Dabinin Zayid idman şəhərciyindən buraxılan və 92 metr hündürlükdə uçan pilotsuz aparatlar dərmanları uzaq məsafədə yerləşən tibbi laboratoriyaya çatdırıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır