Həkim reportajı: Epidemiya kimi yayılır, spesifik müalicə taktikası yoxdur
22.09.2021 13:45

Əgər xəstə 6 aydan artıq müddət ərzində daimi yorğunluqdan şikayətlənirsə və bu yorğunluğun səbəbini heç bir orqan və ya sistem patologiyası ilə izah etmək mümkün deyilsə, bu hal “Xroniki yorğunluq Sindromu” adlanır. Xəstəliyin digər adı - Gərginliyə qarşı Dözülməzlik Sindromu-dur. (Systemic Exertion Intolerance Disease-SEID) 

 

Xronik yorğunluq sindromunun etiologiyası tam aşkarlanmayıb. Bəzi alimlər bunu virus infeksiyası ilə əlaqələndirsələr də müasir elmi tədqiqatlar xəstəliyin virus mənşəli olduğunu inkar edir. Müasir dövrdə bu xəstəlik real diaqnoz kimi qəbul edilir ən çox orta yaşlı qadınlarda rast gəlinir.


Qeyd etdiyimiz kimi xəstəliyin səbəbləri tam məlum deyil, lakin psixoloji stress, aşağı qan təzyiqi, zəifləmiş immun sistemi, hormonal disbalans və xəstəliyə genetik meyllilik həlledici rol oynaya bilər. Bəzi hallarda xəstəlik, keçirilmiş virus infeksiyasından sonra başlayır, bu da immun sisteminin zəifləməsi ilə əlaqədardır. Stress və allergiya halları xəstəlik riskini artıra bilər.

 

Xəstəliyin simptomları özünü müxtəlif variantlarda büruzə verir. Xəstələr əsasən daimi yorğunluqdan şikayətlənir. Bəzi hallarda bu şikayətlər tənəffüs yolları infeksiyası, diarreya, qastroenteroloji pozğunluqlar və s sonra yarana bilər. Bir çox hallarda bu xəstələrdə depressiya əlamətləri olur, bu da onların normal iş fəaliyyəti və gündəlik fiziki aktivliyin azalmasi ilə əlaqədardır. Şikayətlər 6 aydan artıq sürdükdə diaqnozu dəqiqləşdirmək olar.

 

Simptomlara yaddaşın və diqqətin zəifləməsi, yuxu pozğunluqları, baş, əzələ, oynaq ağrıları, əzginlik hissi, hər hansı fiziki işdən sonra 24 saatdan çox sürən yorğunluq və s. aiddir.

 

Xəstəliyin müalicəsi üçün spesifik müalicə taktikası işlənib hazırlanmayıb. Müalicənin əsas prinsipi narahatlıq törədən simptomları aradan qaldırmaqdır. İlk növbədə, siqaret və alkoqol qəbulunu azaltmaq, yuxu siklini bərpa etmək lazımdır. Xəstə hər gün eyni vaxtda yatıb, səhər eyni vaxtda oyanmağı vərdiş etməlidir. Emosional vəziyyətlərdən və gərgin fiziki işlərdən yayınmaq məsləhətdir. Bəzi hallarda ağrıkəsicilərdən, vitaminlərdən və antidepressantlardan istifadə oluna bilər. Bir qayda olaraq belə xəstələr qrup halında psixoterapiya seanslarına qatıldıqda müsbət effekt əldə etmək olar.


terapevt Sevinc Ələsgərova

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib