Həkim reportajı: Ağciyər absesi
18.09.2021 13:35

Ağciyər absesi kəskin və xroniki gedişi ilə xarakterizə olunur. Kəskin absesin klinikası ağır sepsis şəklində başlayır və iki dövrə bölünür. Birinci dövrdə absesin bronxla əlaqəsi hələlik olmur və bu səbəbdən xəstə bəlğəm xaric etmir, ikinci dövrdə abses bronxa açılır, irinli bəlğəm xaric olur. İkinci dövrdən başlayaraq ağciyər absesinin əsas simptomu qanla qarışıq irinli bəlğəmin xaric olmasıdır. İfraz olunan irinli bəlğəmin miqdarı abses boşluğunun böyüklüyündən asılıdır. Ağciyər absesində bəlğəm sarımtıl və ya sarımtıl-yaşıl rəngdə olub az şirniyyat qoxusu verir. Ağciyər qanqrenasında isə bəlğəm çox üfunətli olur.

 

Ağciyər absesinin klinikasının gedişi yüksək temperatur, üşütmə, tərləmə ilə xarakterizə olunur. Xəstələr əksər hallarda köks qəfəsinin müvafiq hissəsində ağrılardan şikayətləmrlər. Əgər 6-8 həftə ərzində sağalma baş vermirsə, proses xroniki şəkil alır. Bununla yanaşı müalicə tədbirləri tam olmadıqda da proses xroniki şəkil ala bilir.

 

Sadə klinik müayinələrlə yanaşı, məsələnin dəqiqləşdirilməsi üçün rentgenoqrafiyanın, sadə və ya kompyuter tomoqrafiyanın nəticəsi də tələb olunur.

 

Xəstəliyin kəskin fazasında bronxoqrafiya məsləhət görülmədiyi halda, sonrakı mərhələlərdə onun differensial diaqnostik əhəmiyyəti böyükdür. Absesin bronxa açılmasından sonra, xüsusilə onun xroniki dövründə bronxoektaziya kimi ağırlaşmanın və ya bronxogen xərçəngin ola bilməsini aydınlaşdırmaq üçün bronxoqrafiya, KT, MR aparılır.

 

Aparılan kompleks müalicə 8-10 gün ərzində nəticə verməməsi və patoloji prosesin xroniki hal alması, xəstəliyin başlanma dövründən 6-8 həftə keçmiş əməliyyata göstərişdir. Ağciyər absesində və qanqrenasmda əməliyyatlar palliativ və radikal olur. Proqnostik nöqteyi-nəzərcə radikal operasiyalar (seqmentektomiya, lobektomiya və az halda pulmonektomiya) daha məqsədəuyğundur.

 

torakal cərrahı Cəmil Ələkbərov 

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib