Azərbaycan Tibb Universitetinə qəbul olunan abituriyentlərin NƏZƏRİNƏ!
06.09.2021 18:41
Abituriyentlərin Azərbaycan Tibb Universiteti üzrə qeydiyyatı onlayn qaydada həyata keçirilir. Tələbə adını qazanmış şəxslər 2021-ci il sentyabrın 7-dən 19.09.2021-ci il saat 23.59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
 
Aztibb.az xəbər verir ki, müəyyən olunmuş müddətdə Portal.edu.az portalında qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
 
Nazirlik tərəfindən xeyli sayda Bakı, Sumqayıt, Abşeron, Naxçıvan və digər bölgələrdə qeydiyyat mərkəzləri və xüsusi dəstək qrupları yaradılıb. Mərkəzlərdə xidmətlər ödənişsizdir.
 
Qeydiyyat mərkəzlərinin ünvanları ilə aşağıdakı əlavə olunmuş siyahıda tanış ola bilərsiniz.
 
Qeydiyyat üçün lazım olan sənədlər:
 
1. Attestat (surəti portala yerləşdirilir, əsli mütləq şəkildə Universitetə təqdim edilməlidir);
2. 3/4 ağ fonda fotoşəkil - 3 ədəd (elektron formada portala yerləşdirilir, 3 ədəd isə universitetə təqdim edilməlidir);
3. Şəxsiyyət vəsiqəsinin surəti (müqavilə bağlanılması zamanı Universitetə gəldikdə vəsiqənin əsli olmalıdır);
4. DİM tərəfindən verilən imtahan nəticəsi haqqında sənəd;
5. Oğlan tələbələr üçün çağırış məntəqəsinə təhkim olma vəsiqəsi (surəti portala yerləşdirilir, əsli mütləq şəkildə Universitetə təqdim edilməldir).
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır