Səhiyyə sahəsində rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı - Müsahibə
27.08.2020 14:40

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev onlayn müsahibədə səhiyyə sahəsində innovativ rəqəmsal texnologiyaların tətbiqindən danışıb.

 

Aztibb.az xəbər verir ki, Qəhrəman Haqverdiyev mərkəzin əsas funksiyasının ölkədə səhiyyənin inkişaf etdirilməsindən ibarət olduğunu qeyd edib: “Mərkəzimizin korporativ saytı www.isim.az-da bütün innovativ layihələrimizin linklərini tapa bilərsiniz. Bir il əvvəl istifadəyə verilmiş və Finlandiyanın “Duodecim” şirkəti ilə əməkdaşlıq çərçivəsində www.ebmg.az tibbi protokollar internet-portalı yaradılıb. İxtisaslı tibb kadrları yetişdirmək üçün hər 5-6 ildən bir yenilənən məlumat və biliklərdən xəbərdar olmaq lazımdır. Belə ki, 100 minə yaxın istifadəçinin ziyarət etdiyi bu portal vasitəsilə 1000 protokol Azərbaycan dilinə artıq tərcümə edilib”.

 

İSİM tərəfindən yaradılmış məhsulların mövzusunu davam etdirən Qəhrəman Haqverdiyev tibbi işçilərin fəaliyyətini daha da rahatlaşdıran "MD Referans" mobil əlavəsini də xüsusi qeyd edib. Onun sözlərinə görə, protokollar, bir sıra ixtisaslar üzrə yüzlərlə tərcümə olunmuş və orijinal elmi və praktik məqalələr, həkimlər və tibb bacıları üçün videomühazirələr artıq bu tətbiqdə yerləşdirilib: “Hazırda biz buraya Azərbaycanda qeydiyyata alınan bir neçə min dərmanın təlimatlarının əlavə olunması üzərində işləyirik. Nəticədə tibb işçiləri üçün cib elektron arayış kitabçası alınacaq. Bu yaxınlarda yeni startap olan və dərman vasitələrinə həsr olunmuş internet-portalın və ona aid mobil tətbiqin istifadəyə verilməsi gözlənilir. Bundan başqa, bir həftə bundan əvvəl İSİM, Azərbaycan Tibb Universiteti və Səhiyyə Nazirliyinin Həkimlərin Təkmilləşdirmə İnstitutu ilə əməkdaşlıq çərçivəsində həkimlər üçün daha bir yararlı təhsil mənbəyi olan www.ecourses.az saytının yaradılacağı elan edilib. Bu sayt dünyada tanınmış onlayn təlim resurslarının modeli əsasında yaradılıb. Təhsil müəssisələrinin müəllimləri, mütəxəssislər və elmi işçilər tibbin müxtəlif sahələrinə aid olan mühazirələrini buraya yükləyə biləcəklər. Yüzlərlə tələbə və həkimə uzaqdan təhsil almağa imkan verdiyinə görə COVID-19 pandemiyası zamanı bu məhsula tələbat daha da artıb. Biz yerli, türk, alman və rus həmkarlarımızın onlarla təlim kursları və təqdimatlarını elektron qaynaqlarımıza artıq yerləşdirmişik”.

 

Q.Haqverdiyev İSİM-in gələcək planlarından danışıb: “Bu il üçün planlaşdırılmış işlər sırasına palliativ qulluq üçün kompüter platformalarının yaradılması, reproduktiv sağlamlıq üçün yeni mobil tətbiqlər, uşaq inkişaf gündəliyi, tibb bacıları üçün dərslik, interaktiv ilk yardım kurslarının istifadəyə verilməsi və sair layihələr daxildir. Həmçinin gələcəkdə interaktiv oyun proqramlarının, İSİM-də artıq fəaliyyət göstərən simulyasiya mərkəzi üçün virtual reallıqdan istifadə etməklə həkimlər üçün təlimlərin hazırlanmasını planlaşdırırıq”.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
Binəqədidə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub