Həkim reportajı: Böyrək və sidik yollarının daş xəstəliyi
09.08.2021 16:17

Günümüzdə aktual olan bu xəstəliklə əlaqədar hər yaş qrupundan insanlar müraciət edir. Bu, həm də genetik xarakter daşıyır. Ata və ya anada böyrək daşları olarsa, uşaqda da buna meyillilik olur. Xəstəliyin digər yaranma səbəbləri isə mədə-bağırsaq xəstəlikləri, mədə-bağırsaqda aparılan əməliyyatlar, piylənmə, fiziki aktivliyin az olmasıdır. Bütün bunlar böyrək daşının əmələ gəlməsində risk faktoru kimi rol oynayır.

 

Xəstəliyin yaranma səbəblərindən biri də bəzi vitaminlərin normadan artıq qəbuludur. Xəstəliyin qarşısını nisbətən almaq üçün gündəlik 2-2.5 litr su içmək lazımdır. Su böyrək daşı riskinin qarşısını alır. Gündəlik su içən insanlar 60 faiz özlərini böyrək daşı xəstəliyindən qorumuş olurlar. Əgər yaşa görə bölsək, orta yaşlarda böyrək daşlarına daha çox rast gəlinir. Bəzi hallarda 1-2 yaşlı uşaqlarda da maddələr mübadiləsi və hormonal pozuntuların nəticəsində böyrək daşı yaranır.

 

Xəstəliyin əlamətlərinə gəlincə, əksər hallarda onlar ağrı tutmaları, sidik ifrazı zamanı olan pozğunluqlar və digər əlamətlərlə müşayiət olunurlar. Elə hallar da olur ki, daş sidikçıxarmaya problem törətmir və xəstə bu haqda xəbərdar olmur. İllərlə bu daşlar böyüyüb, sidik kanalının yolunu tutduqda, ağrılar yarandıqda, xəstə həkimə müraciət edir və daş aşkarlanır.

 

Böyrək daşı xəstəliyini mütləq müalicə etmək lazımdır. Müalicə edilmədiyi halda onun fonunda pielonefrit xəstəliyi də inkişaf edə bilər. Təbabətdə böyrək daşını əridən preparatlar yoxdur. Ancaq daşın əmələ gəlməsinin qarşısını alan profilaktik dərmanlar var ki, bunlar da əksər hallarda işə yarayır. Biz kiçik ölçülü daşları nəzarət altında saxlayırıq, bəzi profilaktik dərmanlarla böyüməsinin qarşısını ala bilirik. 5 mm-dən 1 sm-ə qədər olan daşları cərrahi müdaxilə və ya hər hansı bir preparatla müalicə etməyə ehtiyac görmürük. Daşın ölçüsü 1 sm-dən böyükdürsə, sidik yollarını tutursa, xəstənin böyrəyinə ciddi zərər verirsə, bu daşları cərrahi əməliyyat vasitəsilə xaric edirik. Təbabətin yeniliklərinə əsasən, 95 faiz hallarda endoskopik müdaxiləyə üstünlük veririk. Hər hansı bir kəsik aparmadan, cərrahi müdaxilə edirik. 3 sm-ə qədər olan böyrək daşlarını kəsik aparmadan, endoskopik olaraq, lazerlə parçalayırıq. Xəstə sidiyə getdikcə, tədricən kiçik qırıntılar şəklində daşları xaric edir. 3 sm-dən böyük olan böyrək daşlarını isə perkutan nefrolitotomiya əməliyyatı yolu ilə icra edirik. Bu zaman böyrək nahiyəsində 1 sm-lik deşik açılır və daşlar qırılıb, çıxarılır.

uzman-uroloq Fikrət Əhmədov

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib