Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Astara rayonunda tibbi aksiya keçirəcək
25.08.2020 18:02

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Astaranın Kijəbə qəsəbəsinin sakinlərinə xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqla tibbi xidmət göstərəcək.

Aztibb.az xəbər verir ki, mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən bildiriblər ki, aksiya avqustun 26-da qəsəbədəki tibb məntəqəsində saat 9:00-dan 16:00-dək keçiriləcək. Qəsəbənin əhalisi 4412 nəfərdən ibarətdir.

Aksiyanın keçirilməsində məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir.

 

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilib. Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirir. Burada əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. 

 

Mərkəzin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar. Bununla yanaşı, 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı da fəaliyyətə başlayıb.

Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi respublikada korluğun qarşısının alınması üçün tədbirlər görür.

ÇOX OXUNANLAR
Ağır vəziyyətlərdə düzgün qərar qəbul etmək bacarığı ilə seçilən həkim - Rəşad Nəsirli
Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsində 24/7 rejimində tibbi xidmətlər göstərilir
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib  
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Sabunçu Tibb Mərkəzində təlim:
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Laboratoriyada yetişdirilən beyin orqanoidləri illər ərzində inkişaf edir - TƏDQİQAT
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Şamaxı RMX-da təlim: “Vərəmin erkən aşkarlanmasında ilkin səhiyyə xidmətlərinin rolu”