TƏBİB 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir  
27.07.2021 01:19

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli №356s sərəncamı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları” təsdiq edilib. Sərəncama əsasən TƏBİB-in tabeliyində olan elmi-tədqiqat institutları və mərkəzlərə 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edilir. 

 

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları ilə buradan tanış olmaq mümkündür. 

 

Akad. C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu:

 

Fəlsəfə doktoru proqramı üzrə doktorantura:

  • Kardiologiya (3218.01) - 3 (qiyabi; ödənişli əsaslarla);

Fəlsəfə doktoru proqramı üzrə dissertantura:

  • Kardiologiya (3218.01) - 2 (1- büdcə hesabına; 1- ödənişli əsaslarla);

Elmlər doktoru proqramı üzrə dissertantura:

  • Kardiologiya (3218.01) - 2 (1- büdcə hesabına; 1-ödənişli əsaslarla);

 

Sənədlər avqust 27-si saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: AZ1072, Bakı şəh., Nərimanov r., Fətəli xan Xoyski 85, 

Telefon: (+994 12) 564-49-09, (+994 12) 564-49-72, (+994 12) 564-18-84.

Email: etki@tabib.gov.az

 

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu:

 

Fəlsəfə doktoru proqramı üzrə doktorantura:

  • Pediatriya (3220.01) 1 (əyani; büdcə hesabına);

Fəlsəfə doktoru proqramı üzrə dissertantura:

  • Pediatriya (3220.01) 3 (büdcə hesabına).

 

Sənədlər 27 avqust saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: AZ1065, Bakı şəh., Yasamal r., Bəsti Bağırova 17

Telefon: (+994 12) 595-30-03, (+994 12) 594-79-25, (+994 12) 596-78-05

Email: etpi@tabib.gov.az

 

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi:

 

Fəlsəfə doktoru proqramı üzrə doktorantura:

  • Cərrahlıq (3213.01) 1 (qiyabi; ödənişli əsaslarla);
  • Anesteziologiya və reanimatologiya (3231.01) 1 (qiyabi; ödənişli əsaslarla);
  • Ürək və damar cərrahlığı (3236.01) 1 (qiyabi; ödənişli əsaslarla);

Fəlsəfə doktoru proqramı üzrə dissertantura:

  • Cərrahlıq (3213.01) 1 (büdcə hesabına);

Elmlər doktoru proqramı üzrə doktorantura:

  • Cərrahlıq (3213.01) 1 (qiyabi; ödənişli əsaslarla);

Elmlər doktoru proqramı üzrə dissertantura:

  • Şüa diaqnostikası (3225.01) 1 (büdcə hesabına);
  • Ürək və damar cərrahlığı (3236.01) 1 (büdcə hesabına).

 

Sənədlər 27 avqust saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: AZ1122, Bakı şəh., Yasamal r., Abbas Mirzə Şərifzadə 196

Tel.: +994 12 432 11 86 ; +994 12 432 18 30 ; +994 12 432 00 84

Email: ecm@tabib.gov.az

 

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu:

 

Fəlsəfə doktoru proqramı üzrə doktorantura:

  • Travmatologiya və Ortopediya (3227.01) - 4 (2- əyani; büdcə hesabına; 2- qiyabi; büdcə hesabına);

Elmlər doktoru proqramı üzrə doktorantura:

  • Travmatologiya və Ortopediya (3227.01) - 1 (əyani; büdcə hesabına).

 

Sənədlər 27 avqust saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: AZ1007, Bakı şəh., Nəsimi r., Abbas Səhhət 32

Telefon: (+994 12) 440-53-21, (+994 12) 440-11-75.

Email: ettoi@tabib.gov.az

 

Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutu:

 

Fəlsəfə doktoru proqramı üzrə doktorantura:

  • Mamalıq və ginekologiya (3215.01) - 3 (əyani; büdcə hesabına);

Fəlsəfə doktoru proqramı üzrə dissertantura:

  • Mamalıq və ginekologiya (3215.01) 2 (büdcə hesabına);
  • Elmlər doktoru proqramı üzrə doktorantura:
  • Mamalıq və ginekologiya (3215.01) 1 (əyani; büdcə hesabına).

 

Sənədlər 27 avqust saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: AZ1065, Bakı şəh., Yasamal r., Kazım Kazımzadə 118, 

Telefon: (+994 12) 510-09-52, (+994 12) 510-09-51

Email: etmgi@tabib.gov.az

 

Milli Hematologiya və Transfuziologiya Mərkəzi:

 

Fəlsəfə doktoru proqramı üzrə doktorantura:

  • Hematologiya və qanköçürmə (3232.01) 1 (qiyabi; büdcə hesabına);

Fəlsəfə doktoru proqramı üzrə dissertantura:

  • Hematologiya və qanköçürmə (3232.01) - 4 (büdcə hesabına).

 

Sənədlər 27 avqust saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: AZ1007, Bakı şəh., Mirəli Qaşqay 87, 

Tel.:  (012) 440 53 18

Email: mhtm@tabib.gov.az

 

V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu:

 

Fəlsəfə doktoru proqramı üzrə doktorantura:

  • Mikrobologiya (2414) - 1 (əyani; büdcə hesabına);

Fəlsəfə doktoru proqramı üzrə dissertantura:

  • Mikrobologiya (2414) - 4 (büdcə hesabına).

 

Sənədlər 27 avqust saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: AZ1065, Bakı şəh., Yasamal r., Cəfər Cabbarlı 37

Telefon: (+994 12) 594-73-45, (+994 12) 594-69-31, (+994 12) 440-51-27.

Email: ettpi@tabib.gov.az

 

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu:

 

Fəlsəfə doktoru proqramı üzrə doktorantura:

  • Mikrobiologiya (2414.01) 1 (əyani; büdcə hesabına);
  • Ftiziatriya (3228.01) 1 (qiyabi; büdcə hesabına);
  • Pulmonologiya (3235.01) 1 (qiyabi; büdcə hesabına);

Fəlsəfə doktoru proqramı üzrə dissertantura:

  • Ftiziatriya (3228.01) 1 (büdcə hesabına);
  • Pulmonologiya (3235.01) 1 (büdcə hesabına);

Elmlər doktoru proqramı üzrə doktorantura:

  • Ftiziatriya (3228.01) - 1 (qiyabi; büdcə hesabına).

Sənədlər 27 avqust saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: Məmmədəli Şərifli 161, Bakı, Nizami, AZ1118

Telefon: (+994 12) 421-20-73, (+994 12) 421-44-98, (+994 12) 421-21-71.

Email: etaxi@tabib.gov.az

 

Elmi-tədqiqat Tibbi Bərpa İnstitutu:

 

Fəlsəfə doktoru proqramı üzrə doktorantura:

  • Sinir xəstəlikləri (3223.01) - 1 (əyani; büdcə hesabına);
  • Bərpa təbabəti, idman təbabəti, müalicəvi bədən tərbiyəsi, kurortologiya və fizioterapiya (3245.01) - 1 (əyani; büdcə hesabına);

Fəlsəfə doktoru proqramı üzrə dissertantura:

  • Daxili xəstəliklər (3205.01) - 1 (büdcə hesabına);
  • Sinir xəstəlikləri (3223.01) - 1 (büdcə hesabına);
  • Bərpa təbabəti, idman təbabəti, müalicəvi bədən tərbiyəsi, kurortologiya və fizioterapiya (3245.01) - 1 (büdcə hesabına).

 

Sənədlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir.

Ünvan: AZ1008, Bakı şəh., Nərimanov r., Xətai 9

Telefon: (+994 12) 496-07-06, (+994 12) 496-07-40.

Email: ettbi@tabib.gov.az

 

Qeyd: Müsabiqədə iştirak etmək istəyənlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı sənədləri əyani şəkildə təqdim etməlidirlər:

 

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün:

  • ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün:

- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

-tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı;

- «Fəlsəfə doktoru» və ya «Elmlər namizədi» elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Dissertantlıq yolu ilə təhsil almaq üçün:

- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

- "Elmlər doktoru" elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti; çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər