Azərbaycanda tibbi turizmin tarixi – İkinci yazı
21.07.2021 21:28

Azərbaycanda tibbi turizmə tələbat artmaqdadır. Bunun əsas səbəbləri insanların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin olunması, tibbi turizmin müalicə ilə yanaşı, fiziki və əqli yorğunluğun bərpası, xüsusi qulluq və gözəllik yönümlü digər xidmətlər də təklif etməsidir.

 

Aztibb.az ölkəmizdə sağlamlıq turizminin tarixinə adi növbəti yazını təqdim edir.

 

Müstəqillik dövründə qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi üçün sanatoriyalardan da istifadə edildi. Odur ki, müharibə şəraitində onların fəaliyyəti məhdudlaşdırıldı.

 

2000-ci ildən sonra sanatoriyalar öz imkanlarının az bir hissəsini bərpa edə bildi. Ölkədə iqtisadi stabilliyin yaranması, əhalinin gəlirlərinin artması müalicə-sağlamlıq turizminə tələbatı da artırdı. Həmçinin Kurortların İnkişafı Haqqında Dövlət Proqramına uyğun olaraq Həmkarlar Təşkilatının tabeliyində olan sanatoriyalar bərpa olundu.

 

Ölkədə dövlət proqramlarına uyğun olaraq güzəştli kreditlər əsasında Naftalanda yeni sağlamlıq mərkəzləri tikilib istifadəyə verildi. Həmin ərərfədə tibbi turizm üzrə əsas müştəri seqmenti ölkə vətəndaşları idi. Müalicə-sağlamlıq turizm xidmətlərindən istifadə edənlərin təxminən 70%-ə yaxını ölkə vətəndaşları, 30% isə xarici vətəndaşlardan ibarət olurdu. Xarici turistlərin əsas hissəsi MDB məkanından gələn qonaqlar idi. Bunlar arasında Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Özbəkistan vətəndaşları Azərbaycandakı sağlamlıq turizm xidmətlərindən daha çox yararlanırdı.

 

Ölkə vətəndaşları Həmkarlar Təşkilatının güzəştli yollayışlarından yararlanmaqla birlikdə fərdi sağlamlıq xidmətləri təklif edən müasir kurort mərkəzlərinə də gedirlər. Ölkədə ənənəvi güzəştli yollayışlar (putyovka) əsasında sanatoriyaların müalicə xidmətlərindən istifadə olunması dövlət və özəl müəssisələrdə çalışanların Kurort Səhmdar Cəmiyyətinin tabeliyində olan müalicə-sağlamlıq müəssisələrindən yararlanmasına imkan verirdi.

 

Qeyd olunan seqment müalicə-sağlamlıq xidmətlərinə üstünlük verməklə, ənənəvi olaraq daha çox Naftalan kurortlarını seçirdilər. Eyni zamanda, MDB ölkələrindən gələn qonaqların bir hissəsi Duzdağ və Abşeron sanatoriyalarını seçirdilər. Bu seqment üçün sağlamlığın bərpası əsas tələb olmaqla yanaşı, xidmətlərin sayı və keyfiyyəti də önəmli hesab edilirdi.

 

Ölkədə beynəlxalq turizmin inkişafı son on ildə iki dəfədən çox arması, Bakı şəhəri ilə yanaşı bölgələrdə yeni turizm sektorunun formalaşmasına təkan verdi.

 

Hazırda Azərbaycanda turizm növləri arasında sağlamlıq sahəsinin payı az olsa da, beynəlxalq miqyasda sağlamlıq xidmətləri daha çox təklif edilir. “Təbii müalicə ehtiyatları, müalicə sağlamlaşdırma yerləri və kurortlar haqqında” Azərbaycan Respublikası Qanunu və digər normativ sənədlərin qəbul olunması, bu sahənin inkişaf etdirilməsi məqsədilə yol xəritəsinin hazırlanması, müalicə-sağlamlıq turizminə xüsusi önəm verilməsi bu sahənin prioritet olduğunu göstərir.

 

 

Ötən il koronavirus pandemiyasının yaratdığı böhran digər ölkələrdə olduğu kimi, Azərbaycanda da turizm sektorunda müşahidə olundu. Müəyyən tədbirlərdən sonra ilk növbədə daxili turizmin bərpası, növbəti mərhələdə isə sərhədlərin açılmasıyla qlobal turizmin bərpası gözlənilir.

 

Bundan başqa, turizm sənayesində işğaldan azad edilmiş ərazilərin turizm strategiyası və Şuşanın turizm konsepsiyası üzərində iş gedir.

 

Bu gün ölkəmizdə sağlamlıq turizminin inkişafı üçün zəngin təbii resurs bazası mövcuddur. Naftalan nefti, müalicəvi palçıqlar, mineral-termal bulaqlar, əlverişli mikroiqlim resursları, müalicə-sağlamlıq mərkəzləri, sanatoriyalar və s. infrastrukturun mövcudluğu bu sahənin cəlbediciliyini təmin edir.

 

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
Neftçalada
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt