XIX-XX əsrlərdə Azərbaycanda ilk təcili tibbi yardım – Birinci yazı
18.07.2021 14:35

Tariximizi əks etdirən müxtəlif mənbələrin tədqiqi sübut edir ki, hələ tibb  elminin  lazımınca təşəkkül tapmadığı dövrlərdə belə Azərbaycanda çoxşaxəli müalicə-profilaktika işləri kifayət qədər inkişaf etmişdi.

 

Aztibb.az XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda ilk təcili tibbi yardımın yaranma tarixi haqqında yazını təqdim edir.

 

Azərbaycanda təcili tibbi yardım qolu 1922-ci ildə yaradılıb. Lakin bu o demək deyildir ki, həmin dövrə qədər əhaliyə təcili tibbi yardim göstərilməyib.

 

Tədqiqatlardan aydın olur ki, təcili tibbi yardımın analoji qurumu lap qədim dövrlərdan başlayır. Daha doğrusu, tibbin yaranma tarixi ilə birgə meydana gəlib. O zamanlar ara həkimləri müxtəlif hadisələr nəticəsində zərər çəkən xəstələrə yerindəcə primitiv üsulla da olsa yardım göstərirdilər (dalaqçapma, qanalma, sınıqların sarınması və s.).

 

XIX əsrdə Bakı Neft Sənayeçiləri Qurultayı Şurası şəhərdə tibbi xidmətin təşkilinə xeyli vəsait xərcləyirdi. Şura xəstəxanalarla yanaşı 7 müalicə müəssisəsini maliyyələşdirirdi. Təcili  tibbi  xidmətə ehtiyacı olanlar bu müəssisələrdən yararlanırdılar.

 

1902-ci ildə Bakıda 654 çarpayılıq 38 müxtəlif tibb müəssisəsi fəaliyyət göstərirdi. Onlardan Mixaylov adına şəhər xəstəxanası və qurultay şurasının Qara şəhərdəki xəstəxanası əhaliyə pulsuz xidmət göstərirdi.

 

1857 və 1892-ci  illərdə  baş  verən  vəba  epidemiyası  zamanı  xəstələr  baraklarda yerləşdirlmişdi. Belə baraklar 100 nəfər xəstə üçün nəzərdə tutulmuşdu ki, bu da ilk tibbi yardım olaraq epidemiyanın qarşısının alınmasına xidmət göstərirdi.

 

1894-cü ildə açılmış Bibiheybət ambulatoriyasının dairısi 4-5 km omaqla Bayıl bumundan tutmuş 19-cu sahəyə kimi olan ərazini əhatə edirdi və bu ərazidə ilk tibbi yardima ehtiyaci olan bütün əhaliyə xidmət edirdi.


Balaxanı, Ramana, Qara şəhər ambulatoriyaları da əhalinin sıx yaşadığı yerlərdə yerləşirdi və tibbi yardım xidməti həyata keçirirdi. Ambulatoriyada ilkin tibbi yardım alanlar həm də aptekdən pulsuz dərmanla təmin olunurdular.

 

Kənd əhalisinə təcili tibbi yardım xidməti sahəsində feldşer məntəqələri də az rol oynamırdılar. Əhaliyə ambulator xidmət xəstəxana filialı kimi fəaliyyət göstərən belə feldşer məntəqələri vasitəsilə həyata keçirilirdi.

 

Ardı var...

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev