Ötən əsrin azərbaycanlı həkimləri – İkinci yazı
17.07.2021 12:59

Ötən əsrdə Rusiyada və digər xarici ölkələrdə tibb təhsili alaraq vətənə qayıdan kadrlar Azərbaycanda səhiyyənin inkişafında mühüm rol oynayıblar.

 

Aztibb.az ötən əsrdə azərbaycanlı həkimlərin fəaliyyətinə dair növbəti yazını təqdim edir.

 

Respublikamızda milli kardiocərrahiyyənin banisi, Azərbaycanda ilk ürək cərrahiyyəsi məktəbinin yaradıcısı, tibb elmləri doktoru, professor Fikrət Zərgərli.

 

O, Azərbaycan SSR-də Səhiyyə Nazirliyinin baş cərrahı olub. İstedadlı alim Azərbaycanda nümunəvi cərrahi şöbə yaradıb, ürəyin ritm pozulmalarını, anadangəlmə və qazanılmış ürək qüsurlarının cərrahi üsulla müalicə metodlarını işləyib hazırlayıb. Bu şöbə sonradan böyüyüb Respublika Kardiologiya Mərkəzinə çevrilib. Müxtəlif illərdə Moskva və Bakı şəhərlərində F.Zərgərlinin rəhbər etdiyi şöbələrdə açıq ürək üzərində 1500 əməliyyat aparılıb.

 

Azərbaycan SSR əməkdar elm xadimi, əməkdar həkimi, tibb elmləri doktoru, professor Sona Axundova.

 

Həkimlik fəaliyyətinin ilk illərində S.Axundova Azərbaycanda geniş yayılmış traxoma və qeyri-infeksion göz xəstəliklərinin müalicə və profiliktikasında yaxından iştirak edib. Azərbaycanda ilk dəfə Filatov üsulu ilə toxuma terapiyası və geratoplastika cərahiyyə əməliyyatları aparmağa başlayıb.

 

Böyük Vətən müharibəsində Bakı qospitallarında gözündən zədə almış yaralılara yaxından köməklik edib.

 

Dünya şöhrətli azərbaycanlı alim, doktor Cavad Heyət. Professor Cavad Heyət İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla aparıb.

 

Professor Cavad Heyət təkcə İran İslam Respublikasında, təhsil aldığı Türkiyə Cümhuriyyətində, ürəyi və canıyla bağlı olduğu Azərbaycan Respublikasında deyil, demək olar ki, dünyanın bütün inkişaf etmiş ölkələrinin elm və mədəniyyət mərkəzlərində də tanınmış və xalqımızın fəxr etdiyi nadir şəxsiyyətlərdən biridir.

 

Azərbaycan pediatrı, kardioloqu, akademik Ədilə Namazaova. Azərbaycanın ilk qadın pediatr alimi sayılan Ə.Nazmazovanın tədqiqatları uşaqlarda revmatizmin fəal dövründə ürəyin funksional vəziyyətinin, ürək arakəsmələrinin anadangəlmə qüsurlarının xüsusiyyətlərinin öyrənilməsi olub. O, ürək üzərində cərrahi əməliyyata — korreksiyaya göstəriş və əks-göstərişi müəyyənləşdirmiş, ilk dəfə olaraq ürəkdə aparılmış cərrahi əməliyyatların yaxın və uzaq dövrlərdə nəticələrini qiymətləndirib.

 

Görkəmli uroloq-alim Mirməmməd  Cavadzadə. O, SSRİ məkanında ilk ən güclü uroloji məktəbin yaradıcısı olub. O, həm də Azərbaycanda uroloji məktəbin yaradıcısı idi.  1966-cı ildə məhz onun təşəbbüsü və iştirakı ilə Bakıda Respublika Klinik Uroloji Xəstəxana yaradılıb.

 

Alim 45 il ərzində tibbi kadrlarının hazırlanması və təkmilləşdirilməsi işinə öz layiqli töhfəsini verib. Onun əsərləri respublikamızda və onun hüdudlarından kənarda mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
Neftçalada
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi