"Rezidenturaya birlikdə hazırlaşaq" layihəsinin uğurlu nəticələri açıqlanıb
15.07.2021 19:21
“Artıq ikinci ildir ki, ATU-nun Tələbə Gənclər Təşkilatının (TGT), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü və ATU rəhbərliyinin dəstəyilə "Rezidenturaya birlikdə hazırlaşaq" layihəsi keçirilir. Layihənin nəticələri bu təşəbbüsün nə dərəcədə önəmli olduğunu göstərir”.
 
Aztibb.az xəbər verir ki, bu fikirləri ATU-nun rektoru professor Gəray Gəraybəyli layihənin təşkilatçıları və icraçıları ilə görüşdə səsləndirib.
 
Rektor G.Gəraybəyli qeyd edib ki, ATU-nun tələbə və məzunları ali tibb təhsili pilləsini başa vurduqdan sonra ixtisaslı həkim olmaq üçün rezidentura imtahanında iştirak etməlidirlər:
 
“Pandemiyanın yaratdığı çətinliklər fonunda tələbə və məzunlarımızın imtahana hazırlıq prosesinə dəstək olmaq məqsədilə tam ödənişsiz formada silsilə onlayn görüşlərin təşkil olunmasına start verildi. Və imtahan mərkəzinin hesabatından da rezidenturanın ilk pilləsini müvəffəqiyyətlə keçənlərin sayının çox olduğunu gördük. Bu, layihənin uğurunun göstəricisidir”.
 
ATU TGT-nin daim aktiv fəaliyyətdə olduğunu vurğulayan rektor onu da qeyd edib ki, bu kimi yararlı təkliflərin reallaşdırılmasına daim ehtiyac olduğunu da bildirib. Rektor G.Gəraybəyli bu layihədə təmənnasız olaraq tələbələrə yardımını əsirgəməyən müəllimlərə də təşəkkür edib:
 
“Layihdə dərs keçənlər arasında fakültə dekanı, kafedra müdiri olanlar da var. Gərgin iş qrafikinə baxmayaraq, bu layihəyə vaxt ayırdığınız üçün təşəkkür edirik. Bu, əsl müəllim mövqeyidir”.
 
Daha sonra ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək layihənin iki il ərzindəki göstəriciləri barədə məlumat verib. Qeyd olunub ki, layihənin ikinci ildə təşkil olunan görüşlərində ümumilikdə 1000 nəfərdən çox tələbə və məzun birbaşa iştirak edib, 7 mindən çox şəxs isə canlı yayımları sosial şəbəkələr üzərindən izləmək şansı qazanıb. Onlayn görüşlər zamanı izah olunan mövzular imtahanı əhatə edib və iştirakçıların imtahanda daha yaxşı nəticə göstərməsinə faydalı olub.
 
Sonda layihədə aktiv iştirak edən, mövzuları izah edən, iştirakçıların suallarını hərtərəfli şəkildə cavablandıran müəllim-ekspertlərə təşəkkürnamələr təqdim olunub. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub