ATU Türkiyənin Selçuk Universiteti ilə elmi əməkdaşlığı genişləndirir  
03.07.2021 08:17

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Türkiyənin Selçuk Universitetinin nümayəndə heyəti ilə görüşüb.

 

Universitetin mətbuat xidmətindən Aztibb.az-a bildiriblər ki, rektor ATU-nun son illər ərzində beynəlxalq əlaqələrinin genişlənməsi haqda məlumat verərək, xüsusilə qardaş ölkə Türkiyənin bir çox universitetləri ilə müxtəlif ikitərəfli memorandumlar imzalandığını qeyd edib: “Bu il bir neçə Türkiyə universitetinin nümayəndə heyətləri, rəhbərləri qonağımız olub. Sevindirici haldır ki, imzalanan müqavilələr əsasında əməkdaşlığımız bir qədər də canlanıb. Selçuk Universiteti ilə də sıx əməkdaşlıq əlaqəmiz var. Bizdə yeni açılan ixtisaslar üzrə təhsil alan tələbələrimiz üçün göndərdiyiniz dərsliklərdən istifadə edirik. Eləcə də kitabxanamızda xüsusi guşə yaradılıb”.

 

Professor qeyd edib ki, hazırkı əməkdaşlığın gələcəkdə elmi istiqamətdə də davam etməsi üçün yaxşı potensial var: “Bildiyiniz kimi, günümüzdə elmi işlərin klinik araşdırmaları olur və bunu bir deyil, bəzən bir neçə ölkə çərçivəsində həyata keçirmək lazım gəlir. Bu baxımdan universitetimizin çox geniş imkanları var. Belə ki, 6 fakültəmiz, 4 klinikamız - Onkoloji, Tədris Stomatoloji, Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikalarımız fəaliyyət göstərir. Universitetin ərazisi demək olar ki, kampus formatındadır, yəni infrastruktur əlverişlidir”.

 

Selçuk Universiteti rektorunun köməkçisi, xarici tələbələr üzrə koordinator, professor İlhan Çiftci qəbula görə minnətdarlığını bildirərək, qarşılıqlı əlaqələrin hər iki tərəf üçün faydalı olduğunu və gələcəkdə daha da genişləndirilməsinin zəruriliyi fikri ilə razılaşdığını vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır