Çatışmazlığı bir çox xəstəliyə səbəb olan mineral – Maqnezium
02.07.2021 15:41

Maqnezium bədənimizdə ən çox yayılmış dördüncü mineraldır. Maqneziuma ürək, əzələlər və böyrəklər daha çox ehtiyac duyur.

 

Aztibb.az xəbər verir ki, orqanizmin 300-dən artıq fermentində maqnezium var. Maqneziumun 50-60%-i sümüklərdə, qalan hissəsi isə yumşaq toxumalarda olur. Bu mineral bədəndə züllaların, yağların və karbohidratların həzm olunması və parçalanmasında yardımçı olur. Odur ki, bu maddənin çatışmazlığı ciddi xəstəliklərə səbəb ola bilər.

 

Maqnezium çatışmazlığının əlaməti yorğunluq hissi, ürək fəaliyyətində pozğunluq, qıcolmalar və əzələ ağrıları ilə müşahidə olunur. Bundan əlavə, göz səyirməsi və əzələ spazmları da bu maddənin çatışmazlığının göstəricisidir.

 

DNT-nin sintezi maqneziumum köməyilə reallaşır. Ona görə də orqanizmdə maqnezium kifayət qədər deyilsə, sistit, bağırsaq xəstəliyi, baş ağrısı, yuxusuzluq, ürək-damar xəstəlikləri, hipertoniya, diabet, osteoporoz və s. kimi xəstəliklər ortaya çıxır.

 

Maqnezium çatışmazlığı ilə mübarizənin ən etibarlı üsulu qida rasionuna maqneziumla zəngin məhsulları daxil etməkdir.

 

Yaşıl tərəvəzlər yüksək dərəcədə maqnezium tərkibinə malikdir. Lobya, avakado, qoz, küncüt toxumları və günəbaxan tumları da mükəmməl maqnezium mənbələridir.

 

Maqnezium çatışmazlığı çox vaxt orqanizmdən onun xaric olunması nəticəsində baş verir. Həddindən artıq spirtli içki, şirniyyat, qəhvə qəbulu, həzm sisteminin yaxşı fəaliyyət göstərməməsi, eləcə də bir çox dərmanlardan istifadə maqneziumun sorulmasına əsas yaradır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev