ATU-nun tələbəsi Harvard Universitetinin sertifikatı ilə təltif edilib - FOTO  
02.07.2021 15:24
Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri arasında gənc tədqiqatçılar çoxdur. Onlar dünyada baş verən yenilikləri maraqla izləyir, yerli və beynəlxalq konfranslarda mütəmadi olaraq elmi məqalələrlə çıxış edirlər. Belə gənclərdən biri də II Müalicə-profilaktika fakültəsinin tələbəsi Rəşad Alpaşayevdir.
 
Aztibb.az xəbər verir ki, iştirakçısı olduğu konfranslarda və kurslarda xüsusi fəallığı ilə seçilən R.Alpaşayev bu günlərdə daha bir uğura imza atıb.
 
Belə ki, o, Harvard Universitetinin rəsmi saytında hər ay COVID-19 virusunun klinik-profilaktik cəhətdən idarə olunması mövzusunda təşkil edilən beynəlxalq kurslara qatılıb. Qaydaya görə, vebinarların mövzusuna dair final testi keçirilir və 75%-dən yuxarı nəticə əldə edən şəxslər xüsusi sertifikatla təltif olunur. Bu tələblərə cavab verən R.Alpaşayev də hazırda öz aktuallığını qoruyan COVID-19-un səbəb olduğu kardiovaskular (ürək-damar sistemi) komplikasiyalar mövzusunda vebinarın final testindən uğurla keçib və həmin kurs üzrə sertifikata layiq görülüb.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub