Ümümdünya Səhiyyə Təşkilatının dəstəyi ilə “Alkohol surroqatları ilə zəhərlənmələr” adlı metodik vəsait nəşr olunub
27.06.2021 11:02
Son illərdə Azərbaycanda metanol və digər alkohol surroqatları ilə zəhərlənmə hallarının kəskin artması müşahidə olunur. Lakin indiyədək bu ağır toksikoloji patologiyanın diaqnostika və müalicəsi üzrə Azərbaycan dilində ixtisaslaşdırılmış ədəbiyyat mövcud olmayıb.
 
Aztibb.az xəbər verir ki, bu nöqsanı aradan qaldırmaq üçün “Alkohol surroqatları ilə zəhərlənmələr” adlı metodik vəsait hazırlanıb və Ümümdünya Səhiyyə Təşkilatının dəstəyi ilə nəşr olunub. 
 
Metodik vəsait suallar və cavablar formatında tədqim olunur, metanol və digər alkohol surroqatları ilə kəskin zəhərlənmələr zamanı ardıcıl diaqnostika və müalicə tədbirlərinin ətraflı təsvirini əhatə edir.
 
Vəsait təcili tibbi təxirəsalınmaz yardım həkimləri, ilkin səhiyyə sistemində çalışan tibb işçiləri, qeyri-ixtisaslaşdırılmış stasionar təcili tibbi yardım mütəxəssisləri, eləcə də həkim-reanimatoloqlar, ailə həkimləri və həkim-rezidentlər üçün nəzərdə tutulub.
 
Metodik vəsaitin ödənişsiz nüsxəsini Toksikologiya Mərkəzindən əldə etmək olar.
 
Nəşrin müəllifi Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyevdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir