Tibb Universitetinin rektoru hərbi tibb fakültəsində imtahanın gedişini izləyib - FOTO
23.06.2021 16:18

Azərbaycan Tibb Universitetində (ATU) imtahan prosesi davam edir.

 

Aztibb.az xəbər verir ki, bu gün ATU-nun rektoru, professor Gəray Gəraybəyli hərbi tibb fakültəsində 5-ci kursun aralıq qiymətləndirmə imtahanının gedişini izləyib, fakültənin kampusunda yaradılan şəraitlə tanış olub.

 

Görüşdə Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov, onun tədris işləri üzrə müavini, tədris şöbəsinin rəisi Məharət Rzayev və ATU-nun tədris şöbəsinin müdiri Samir Cavadov iştirak ediblər.

 

Simulyasiya otaqları ilə tanışlıq zamanı Ç.Əlləzov burada hər şeyin müharibə vəziyyətinə uyğun təşkil edildiyini, hərbi hissə və real döyüş şəraitinin maketlərinin qurulduğunu bildirib.

 

Professor Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsini yada salaraq, bu dövrdə hərbi tibb fakültəsinin üzərinə böyük yük düşdüyünü, həmin fakültədən məzunlarımızın müharibə vaxtı öz vəzifələrini layiqincə yerinə yetirdiklərini vurğulayıb. Rektor təəssüf hissi ilə qeyd edib ki, müharibədə şəhidlərimiz və yaralılarımız da oldu: “Xalqımız şəhidlərimizi heç vaxt unutmayacaq. Qazilərimiz isə dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub”.

 

O, builki məzunlarımızın da digər hərbçilərimizlə birlikdə torpaqlarımızın keşiyində əzmlə dayanacaqlarına və xidmət zamanı öz peşə borclarını şərəflə yerinə yetirəcəklərinə əminliyini bildirib. G.Gəraybəyli tələbələrə imtahanlarda və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Qeyd edək ki, hərbi tibb fakültəsində kitabxana, 3 mühazirə və 1 brifinq zalı ATU-nun II Qarabağ müharibəsində şəhid olmuş məzunlarının adını daşıyır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub