Daha 70 qaziyə son nəsil protezlər verilib    
22.06.2021 12:14

Vətən müharibəsində yaralanmış qazilərimizdən daha bir qrupu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunub.

 

ƏƏSMN-dən Aztibb.az-a verilən məlumata görə, hazırlıq mərhələsi bitdikdən sonra nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində onlara son nəsil protezlər təqdim edilib.

 

Bu müasir protezlər istifadəçilərə köməkçi vasitələr olmadan, elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sərbəst hərəkət etməyə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə, həmçinin idmanla məşğul olmağa və s. imkan verir.

 

Müharibə əlilləri yeni texnologiyalı protezlərin onlara yenidən sərbəst və rahat hərəkət imkanı verdiyi üçün razılıqlarını ifadə ediblər.

 

Ümumilikdə aşağı ətrafları amputasiya olunmuş 70 qazinin ən son texnologiyalı protezlərlə təminatı həyata keçirilib.

 

Eyni zamanda, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də son nəsil protezlərlə təminatı üçün işlər davam edir. Yuxarı ətrafları amputasiya olunmuş 32 nəfər qazimizdən müvafiq ölçülər götürülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır