ATU-da rezidenturaya hazırlaşan gəncləri dəstəkləmək məqsədilə növbəti vebinar keçirilib
20.06.2021 19:31
Azərbaycan Tibb Universitetində (ATU) “Rezidenturaya birlikdə hazırlaşaq" layihəsi çərçivəsində növbəti vebinar keçirilib. Farmakologiya fənni üzrə təşkil olunan vebinara qeydiyyatdan keçmiş 150-yə yaxın tələbə və məzun qoşulub.
 
Aztibb.az xəbər verir ki, vebinarda ATU-nun Farmakologiya kafedrasının dosenti Svetlana Babayeva çıxış edərək tələbələri maraqlandıran sualları cavablandırıb.
 
"Zoom" platforması üzərindən baş tutan onlayn görüş ATU-nun Tələbə Gənclər Təşkilatının "Facebook" səhifəsində canlı yayımlanıb. Bununla da 3 saata yaxın davam edən vebinarın daha geniş auditoriya tərəfindən izlənilməsinə imkan yaradılıb.
 
Qeyd edək ki, "Rezidenturaya birlikdə hazırlaşaq" layihəsi ATU, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və ATU-nun Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilir. Əsas məqsəd rezidenturaya hazırlaşan gənclərə yardım etmək, onların daha çox bilik əldə etməsini dəstəkləməkdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub