ATU Çin universiteti ilə birgə təhsil kursuna start verir
19.06.2021 13:49
İyunun 18-də Çin Xalq Respublikasının Gansu Çin Təbabəti Universitetinin (GÇTU) təşkil etdiyi “Ənənəvi Çin Təbabəti. Sağlamlıq Təhsili Proqramı" adlı onlayn kursun açılış mərasimi keçirilib.
Aztibb.az xəbər verir ki, açılış mərasimini GÇTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Zheng Guisen açaraq, Gansu əyalətinin ənənəvi Çin təbabətinin mərkəzi, GÇTU-nun isə bu sahədə ölkənin qabaqcıl təhsil müəssisəsi olduğunu vurğulayıb.
O, sonra GÇTU-nun “Bir kəmər, bir yol” təşəbbüsünə qatıldığını və bu layihə üzrə Fransa, Tailand, Moldova, Ukrayna, Qırğızıstan və Rusiya da daxil olmaqla, dünyanın 9 ölkəsində ənənəvi Çin təbabəti institutlarının açıldığını diqqətə çatdırıb. Natiq ATU ilə də təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını söyləyib.
Daha sonra söz Azərbaycan Tibb Universitetinin (ATU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucova verilib. O, tədbir iştirakçılarını ATU-nun rektoru, professor Gəray Gəraybəylinin adından salamlayıb, universitet haqqında məlumat verib. M.Orucov “Bir kəmər, bir yol” layihəsi daxilində ÇXR universitetləri ilə olan əməkdaşlıq fəaliyyətindən bəhs edib. Qeyd edib ki, Çin Tibb Universiteti ilə BRIMEA – “Bir kəmər, bir yol - Beynəlxalq Tibb Təhsili Alyansı” və GÇTU ilə “Bir kəmər, bir yol - Universitetlər Alyansı” layihələrində müxtəlif proqramlar üzrə tədbirlər təşkil olunub. Bu tədbirlərdən biri də ATU tələbələrinin Çin Tibb Universitetinin onlayn dərslərində iştirak etməsidir.
Qeyd edək ki, “Ənənəvi Çin Təbabəti. Sağlamlıq Təhsili Proqramı" kursunda ATU-nun 500-dən çox müəllim və tələbəsi iştirak edəcək. Kursun əsas mövzuları “Pediatrik masaj”, “Ayaq masajı”, “Dietoterapiya” və “Akupunktura masajı”dır.
Açılış mərasimində, həmçinin ATU-nun Tibb təhsili və innovasiya şöbəsinin müdiri Aynur Orucova, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nigar Ələkbərova da iştirak ediblər.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanlı alimlər Cənubi Koreyada beynəlxalq tədbirdə iştirak ediblər
23.10.2026 | 16:49
ATU magistrantı antibiotik rezistentliyinin profilaktikası ilə bağlı təqdimatla çıxış edib
23.10.2026 | 15:48
Kimya İnstitutunda peşəkar gənc kadrlara ehtiyac var
23.10.2026 | 15:16
ATU-da fizioterapiya və tibbi reabilitasiya sahəsində əməkdaşlığın inkişafı müzaklirə olunub
23.10.2026 | 12:42
“AI in Medicine Innovation” təlim proqramı çərçivəsində ilk praktik məşğələ keçirilib
22.10.2026 | 14:46
Azərbaycanda hərbi tibbi ingilis dili üzrə təlim keçirilir
22.10.2026 | 10:54
Professor Gəray Gəraybəyli Prezident təqaüdünə layiq görülən tələbələrlə görüşüb
21.10.2026 | 16:44
ATU-da magistratura təhsilinin təşkili və keyfiyyəti müzakirə olunub
21.10.2026 | 11:23
Qazaxıstanlı magistrantlar Molekulyar Biologiya İnstitutunda elmi təcrübədə olublar
20.10.2026 | 16:53
ATU-da rezidentura hazırlığı DİM hədəfləri kontekstində müzakirə olunub
20.10.2026 | 15:57
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

