Alimlər bilikləri birbaşa beyinə ötürməyin yolunu tapıblar - KƏŞF
18.06.2021 10:25

Kaliforniyanın HRL laboratoriyasının alimlərinin sözlərinə əsasən, onlar faydalı məlumatı birbaşa insan beyninə yazmağın yolunu kəşf ediblər.

 

Aztibb.az radiovesti.ru-ya istinadla xəbər verir ki, bu kəşf sayəsində insanın istənilən bacarığı öyrənməsi daha az zaman tələb edəcək. Bu və ya digər məlumatların birbaşa beyinə yazılması müasir elmin nail olmaq istədiyi vacib inqilabi ixtiralardan biridir. Alimlər hələ yaradılmamış bu texnologiyada böyük perspektivlər görürlər. 

 

Amerikalı tədqiqatçıların sözlərinə görə, bu, göründüyü kimi heç də qəliz bir proses deyil. Belə ki, mütəxəssislərin yaratdıqları yeni texnologiyanın testindən keçmiş pilotlar öz pilotçuluq qabiliyyətlərini digərləri ilə müqayisədə 33 faiz daha da yaxşılaşdırıblar. Yaradılmış yeni texnologiya təlim zamanı pilotun beynindəki elektrik siqnallarının təyinatına əsaslanır. Bu proses zamanı əldə olunmuş məlumatlar aviasimulyatorda təlim keçmiş yeni pilotlara ötürülüb.

 

Məlumatların ötürülməsi prosesi isə başa taxılmış xüsusi cihaz vasitəsilə beyin stimulyasiyası sayəsində reallaşdırılıb. Mütəxəssislər bildiriblər ki, əldə edilmiş yeni məlumatların mənimsənilməsi prosesi "Matrix" filmində olduğu kimi sürətli deyil. Lakin yenə də məlumatın mənimsənilməsi sürəti adi həyatdakından daha yüksəkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır