Nüvə Təbabəti Mərkəzinin rəhbərinin həmmüəllifi olduğu məqalə beynəlxalq jurnalda dərc olunub
18.06.2021 10:13

Nüvə Təbabəti Mərkəzinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzovun həmmüəllifi olduğu məqalə "European Journal of Hybrid İmaging" jurnalında dərc olunub.

 

Aztibb.az xəbər verir ki, məqalə Fuad Novruzovun əsasını İngiltərənin "University College London Hospitalında" qoyduğu və mərkəzdə tamamladığı Hipofiz şişlərinin (Cushing xəstəliyi, Prolaktinomalar, Thyrotropinomalar) və Neyroendokrin törəmələrin molekulyar diaqnostika və müalicə menecmentinə həsr olunub.

 

Məqalədə hipofiz patologiyasından şübhəli bilinən xəstələrdə [68Ga] Ga-DOTA-TATE pozitron emissiya tomoqrafiyası və kompüter tomoqrafiyasının (PET / CT) faydaları araşdırılıb. [68Ga] Ga-DOTA-TATE PET / CT-yə göndərilən hipofiz patologiyasından şübhələnilən iyirmi ardıcıl xəstə üçün (8 kişi, 12 qadın, ortalama yaş 48.2, 14-78 yaş aralığı) kompüter görüntüləri nəzərdən keçirilib.

 
Məqalənin tam mətni ilə buradan tanış olmaq olar.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir