ATU-nun müəllimləri Astana Tibb Universitetinin tələbələrinə dərs keçib
14.06.2021 17:08
Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi və bioloji fizika kafedrasının müəllimləri Astana Tibb Universitetinin tələbələri üçün onlayn mühazirə keçiriblər. Bu dərs akademik mobillik proqramı çərçivəsində aparılan təcrübə mübadiləsi sayəsində mümkün olub. 
 
Aztibb.az xəbər verir ki, 27 may-9 iyun 2021-ci il tarixlərində keçirilən “Səhiyyə sahəsində informasiya texnologiyaları” mövzusundakı dərslər ictimai səhiyyə ixtisası üzrə təhsil alan 2-ci kurs tələbələri üçün nəzərdə tutulub. ATU-nun Tibbi və bioloji fizika kafedrasının müəllimi Niyazi Hacızadə mövzu üzrə mühazirə zamanı prezentasiyalar təqdim edib.
 
Dərs zamanı məsafədən əlaqəyə keçməyə imkan verən innovasiyalı servis və platformaların yaradılması, həkimlərlə onlayn müzakirələrin təşkili, tibb müəssisələrində müalicəvi proseslərin monitorinqlərinin aparılmasında informasiya texnologiyalarından istifadə və s. kimi mövzular haqqında ətraflı danışılıb. Həmçinin elektron cədvəllərdən istifadə etməklə məlumatların işlənməsi məsələsi müzakirə olunub.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub