Tibb Universitetində bronxial astma xəstələri üçün məktəb fəaliyyət göstərir
09.06.2021 15:44
“Astma məktəbi” xəstələrin daha müasir və effektiv müalicə metodlarına keçməsinə kömək olur.
Bronxial astmaya adekvat nəzarət etmək üçün xəstə öz xəstəliyi və müasir dərman terapiyasının imkanları barədə məlumatlı olmalıdır. Aztibb.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) II Uşaq xəstəlikləri kafedrasının nəzdində, Tədris Terapevtik Klinikasında fəaliyyət göstərən “Astma məktəbi” məhz bu məqsədə xidmət edir.
Məktəbdə dərslərin təşkili və aparılmasına məsul olan kafedranın dosenti Tahirə Pənahova bildirib ki, terapiyanın və reabilitasiyanın bütün mərhələlərində təhsil proqramları xüsusi aktuallıq kəsb etdir. Təhsil bronxial astmalı uşaqların kompleks müalicə proqramının zəruri tərkib hissəsidir. Hələ 1997-ci ildə 6 saylı Uşaq Klinik Xəstəxanasının bazasında yaradılmış “Astma məktəbi” “Uşaqlarda bronxial astma” Milli Proqramının müddəalarına, müvafiq metodik tövsiyələrə uyğun olaraq fəaliyyət göstərirdi. 2011-ci ildən isə “Astma məktəbi” ATU-nun Tədris Terapevtik Klinikasında professor Amaliya Əyyubova tərəfindən yaradılıb.
T.Pənahova qeyd edib ki, pediatrik “Astma məktəbi”nin məqsədi bronxial astmalı uşaqların terapiyasının effektivliyinin artırılması və xəstə yeniyetmələrin, eləcə də onların valideynlərinin maarifləndirilməsi yolu ilə xəstəliyin gedişinə nəzarət edilməsidir. Təlim həm stasionarda olanların, həm də ambulator xəstələrin qrupunda keçirilir.
“Astma məktəbi”ndə dərslərin nəzəri hissəsinə anatomiya, nəfəs almanın fiziologiyası, xəstəliyin mahiyyəti, kəskinləşmə simptomları; trigger, risk amilləri, profilaktika metodları, hipoallergen pəhriz və evdə şərait barədə informasiya; tutma baş verdikdə yardım göstərmə taktikası, bronxial astmanın dərman və qeyri-dərman müalicəsi, bazis və simptomatik dərman vasitələri haqqında məlumat mövzuları daxildir. Dərslərin praktik hissəsində isə xəstələrə düzgün inhalyasiya texnikasının, pikfloumetr, speyserdən istifadənin öyrədilməsi, xəstə uşağın və ailəsinin müxtəlif həyati situasiyalarda düzgün davranış taktikasının işlənib hazırlanması nəzərdə tutulub.
Uşaqlar burada tənəffüs gimnastikası elementlərini, simptomlara şəxsən nəzarət etməyi, nəbzi və nəfəs alma tezliyini saymağı öyrənirlər. Dərslər yaş qrupları nəzərə almaqla qurulur və həkimin söhbəti, rol oyunu, uşaqlara suallar verilməsi formasında keçir. Qrup dərslərində valideynlərin də öz problemlərini bölüşmək imkanı olur. Təcrübə mübadiləsi həm xəstələrin, həm də həkimin gələcəkdə faydalı ola biləcək müşahidələrini zənginləşdirir. Məktəbin təcrübəsi Bakı şəhərində bronxial astmadan əziyyət çəkən uşaqlarda bir sıra xüsusiyyətləri aşkar etməyə imkan verib.
Məktəbdə təşkilati-metodik tədbirlərdən bəhs edən Tahirə xanım vurğulayıb ki, bronxial astmanın müalicəsində qeyd olunan çatışmazlıqları aradan qaldırmaq məqsədilə övladları bu xəstəlikdən əziyyət çəkən valideynlər üçün vəsait buraxılıb. Bununla yanaşı, məlumatlandırma səviyyəsi minimum olan poliklinikalarda sahə pediatrları üçün müvafiq terapiyanın müasir aspektləri haqqında müntəzəm mühazirələr təşkil edilir.
Adətən təlim kursundan sonra xəstələrin qəbul etdiyi dərman vasitələrinin spektri dəyişir. Belə ki, “Astma məktəbi” xəstələrin daha müasir və effektiv müalicə metodlarına keçməsinə kömək olur, uşaq olan yerdə siqaret çəkilməsi məhdudlaşdırılır, tənəffüs gimnastikasından daha tez-tez istifadə edilir.
Beləliklə, ilkin profilaktika və ardıcıllıq xəstəliyin fəsadlarını azaltmağa, vaxtında diaqnoz qoyub müalicə aparmağa imkan verir. Vahid mərkəzin köməyi ilə astmaya daha uğurla nəzarət olunur ki, bu da allergik xəstəliyi olan uşaqların həyat keyfiyyətini xeyli artırır.
Bu bölməyə aid digər xəbərlər
ATU magistrantı antibiotik rezistentliyinin profilaktikası ilə bağlı təqdimatla çıxış edib
23.10.2026 | 15:48
Kimya İnstitutunda peşəkar gənc kadrlara ehtiyac var
23.10.2026 | 15:16
ATU-da fizioterapiya və tibbi reabilitasiya sahəsində əməkdaşlığın inkişafı müzaklirə olunub
23.10.2026 | 12:42
“AI in Medicine Innovation” təlim proqramı çərçivəsində ilk praktik məşğələ keçirilib
22.10.2026 | 14:46
Azərbaycanda hərbi tibbi ingilis dili üzrə təlim keçirilir
22.10.2026 | 10:54
Professor Gəray Gəraybəyli Prezident təqaüdünə layiq görülən tələbələrlə görüşüb
21.10.2026 | 16:44
ATU-da magistratura təhsilinin təşkili və keyfiyyəti müzakirə olunub
21.10.2026 | 11:23
Qazaxıstanlı magistrantlar Molekulyar Biologiya İnstitutunda elmi təcrübədə olublar
20.10.2026 | 16:53
ATU-da rezidentura hazırlığı DİM hədəfləri kontekstində müzakirə olunub
20.10.2026 | 15:57
Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib
20.10.2026 | 12:33
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

