Üz siniri iflici - ƏLAMƏTLƏRİ və YARANMA SƏBƏBLƏRİ
04.06.2021 10:31

Üzün hər bir yarısının əzələləri üz siniri və ya 7-ci sinir adlanan sinir tərəfindən hərəkətə gətirilir. Üz sinirinin üz əzələlərindən başqa, tüpürcək vəzilərinə, göz yaşı vəzinə və dilin ön hissəsinə (dad duyğusu) gedən incə şaxələri də vardır. Üz siniri iflici sözügedən sinirin müxtəlif səbəbdən zədələnməsi nəticəsində üzün həmin yarısının əzələlərinin iflici, zəifləməsidir.

Əlamətləri:

Üz sinirinin iflici üzün bir yarısının əzələlərinin işləməməsi nəticəsində digər yarısının əzələlərinin yığılması ilə üzün (xüsusən ağız bucağının) sağlam tərəfə doğru çəkilməsi, həmçinin nitqin çətinləşməsi, iflicli tərəfdə gözün tam bağlanmaması, gözün yaşarması, qidalanma zamanı qidanın ağızdan tökülməsi və s. kimi əlamətlərlə müxtəlif dərəcədə özünü büruzə verir. Üz sinirinin bir şaxəsinin də dad hissiyyatına cavabdeh olması səbəbi ilə bəzi xəstələrdə dad hissiyyatının pozulması, xoş olmayan, məsələn, metal dadının hiss edilməsi kimi şikayətlər ortaya çıxa bilir.

Xəstəliyin yaranma səbəbi nələrdir?

Xəstəliyin yaranmasına Herpes zoster virus infeksiyası, Guilliain-Barre sindromu, Autoimmun proseslər, Lyme xəstəliyi, travma, orta qulaq iltihabı, sarkaidoz, yeni törəmə və s. səbəb ola bilir.

 

Xəstəliyin inkişafı

 

Adətən sürətli inkişafa malikdir. Xəstələrin əksəriyyəti səhər yuxudan oyandığında, ayna qarşısına keçərkən üzün bir tərəfə doğru əyilməsinin şahidi olurlar və bunu insult (beyin qan dövranının pozulması) zənn edirlər. Bəzi xəstələr gün ərzində üzdə, ağız kənarında keyləşmə, su içərkən suyu ağızda saxlamaqda çətinlik çəkmə şikayətləri ilə xəstəliyi aşkar edirlər. Qulaq arxasında, boyunda ağrının olması da xəstəliyin başlanğıc əlaməti ola bilir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev