Yayda uşaqların ən çox yoluxduğu xəstəlik – DİQQƏT!
27.05.2021 22:33

Yaz-yay aylarında uşaqlar arasında ən çox yayılan xəstəlik allergiyadır. Bu mövsümün aktual allergik xəstəlikləri qida səbəbindən və həşəratların dişləməsi ilə baş verir.

 

Aztibb.az xəbər verir ki, uşaqlarda allergiyanın əsas törədiciləri qida və nəfəslə qəbul edilən törədicilərdir.  Allergik reaksiyaya süd və süd məhsulları, yumurta, yerfındığı yağı, apelsin, şokolad, pomidor, balıq və  toz gənələri, çiçək tozcuqları, heyvan tükləri, kif səbəb ola bilir. Bu hal boyayıcılarla və konservantlarla zəngin olan konfetlər, souslar, dondurma və peçenye yedikdən sonra da yarana bilər.

 

Müxtəlif həşəratlar uşaqları sancarkən və ya dişləyərkən onların ağız suyuna, zəhərinə və digər hissələrinə güclü allergik reaksiyalar baş verir. Ən çox və ağır allergik reaksiyalar arı sancmaları zamanı müşahidə olunur. Çox zaman sancmalar şokla nəticələnir.

 

Mövsümi allergiya bitkilərin tozlanması zamanı da qeydə alınır. Pollinoz adlanan bu xətəlik zamanı uşaqlarda bitki tozuna həssaslıq nəticəsində bir sıra orqanların kəskin allergik iltihabı baş verir.

 

Həmçinin, yayda uşaqlarda gözün allergik konyunktiviti ən çox rast gəlinən xəstəliklərdəndir.

 

Xüsusilə mövsümdə ağac, bitki və meyvələrin xəstəliklərinin qarşısını almaq məqsədilə itifadə edilən dərmanlar bu məhsulların allergenliyini artırır. Bu səbəbdən allergiyaya meyilli və ya hər hansı allergik xəstəlikdən əziyyət çəkən uşaqlara belə məhsullar məsləhət görülmür.

 

Uşaqlarda xəstəliklərin təzahürü zamanı ən çox rast gələn simptomlar isə qusma, yeməkdən imtina, ishal, zökəm, asqırma, tənəffüs və ya öskürək zamanı səsin dəyişməsi, uzunmüddətli və daimi öskürək,dəridə səpkilər,pis yuxu, tez-tez ağlama, baş ağrıları və sairdir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib