Yeni dad reseptorları tapılıb 
18.08.2020 12:20

Ağızdakı dad reseptorları insanın sağ qalmasında əsas rol oynayır. Onlar insana hansı məhsulların faydalı maddələrlə daha zəngin, hansıların zəhərli olduğu ilə bağlı qərar qəbul etməyə kömək edir. Yaxın zamana qədər dad hüceyrələrinin üç növü haqqında məlumat var idi: birincilər dəstəkləyici hüceyrələr rolunda çıxış edir, ikinci acı, şirin və zülal tərkibli dadları, üçüncü isə turş və duzlunu müəyyən edir.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, Buffalo Universitetinin alimləri ağız boşluğunda bir çox funksiyanı yerinə yetirən yeni dad hüceyrə-reseptorları tapıblar. Ayrı-ayrı dadları tanıyan məlum reseptorlardan fərqli olaraq bu hüceyrələr eyni zamanda turş, şirin, acı və zülallı məhsulların dadını müəyyən edir.

 

Alimlər gəmiricilərin nümunəsində dad reseptorları ilə bağlı siqnal yollarını tədqiq ediblər. Bu analiz ekspertləri üçüncü qrupdan olan hüceyrələrin yeni altnövünə gətirib çıxarıb. Bu altnövün hüceyrələri eyni zamanda bir çox dada reaksiya verir. Bununla yanaşı, bu hüceyrələr vasitəsilə turş dad haqqında informasiya beyinə bir yol ilə, şirin, acı və zülallı məhsullar haqqında məlumat isə başqa yol vasitəsilə ötürülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır