The Lancet: Dünyada təxminən 1,2 milyard insan psixi pozuntulardan əziyyət çəkir
27.05.2026 09:25

 

Son 33 il ərzində dünyada diaqnoz qoyulmuş psixi pozuntu hallarının sayı demək olar ki, iki dəfə artaraq təxminən 1,2 milyard nəfərə çatıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə məlumat məşhur "The Lancet" tibb jurnalında dərc olunub.

 

Hesabatda göstərilir ki, 2023-cü ildə qlobal miqyasda 1,17 milyard psixi pozuntu halı qeydə alınıb ki, bu da hər 100 min nəfərə 14,2 min xəstəlik göstəricisinə bərabərdir. Bu qiymətləndirmələr 1990-cı ildən 2023-cü ilə qədər olan dövrdə diaqnoz qoyulmuş halların 95,5% artması və xəstələnmə tezliyi əmsalının daha 24,2% yüksəlməsi ilə tamamilə üst-üstə düşür.

 

Alimlərin tədqiqatı 2023-cü il də daxil olmaqla uzun bir dövrü əhatə edir. Araşdırma çərçivəsində dünyanın təxminən 200 ölkəsində 12 fərqli psixi pozuntuya dair müxtəlif məlumatlar analiz edilib.

 

Müəlliflərin sözlərinə görə, araşdırılan bütün psixi xəstəliklər üzrə artım müşahidə olunub, lakin ən yüksək artım şizofreniya, təşviş (həyəcan) pozuntusu və klinik depressiya kimi xəstəliklərdə qeydə alınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır