Ölkəmizin Türkiyədə təlim keçən 22 həkiminə sertifikatlar təqdim olunub
29.04.2021 15:07

Avropa İttifaqının maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndəliyi yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə sahəsində çalışan tibb işçilərinin bilik və bacarıqlarının artırılması sahəsində ardıcıl tədbirlər həyata keçirir.

 

Aztibb.az xəbər verir ki, aprelin 29-da həmin layihənin bir hissəsi kimi martın 22-dən 27-dək Türkiyədəki Urla Beynəlxalq Fövqəladə Hallar və Təbii Fəlakətlər üzrə Tibbi Təlim və Simulyasiya Mərkəzində (ÜST-ün Əməkdaşlıq Mərkəzi) COVID-19 pandemiyası ilə əlaqədar keçirilən təlimçilərin təlimi proqramını başa vuran həkimlərə sertifikatlar təqdim edilib.

 

Təqdimetmə mərasimində ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı çıxış edərək son bir il ərzində COVID-19 pandemiyası ilə əlaqədar olaraq təmsil etdiyi təşkilatın respublikamıza göstərdiyi yardım və dəstək, həmin tədbirlər sırasında epidemioloqlar, vərəm və İİV/QİÇS mütəxəssisləri daxil olmaqla ölkəmizin 22 səhiyyə işçisinin iştirak etdiyi təlim proqramları barədə danışıb. Qeyd olunub ki, təmin keçən həkimlər COVID-19 zamanı müşahidə və təmasların izlənilməsi, infeksiyaların profilaktikası və nəzarət, həmçinin pandemiya dövründə vacib tibbi xidmətlərin göstərilməsinin davam etdirilməsinə dair bilik və bacarıqlarını yeniləyiblər. Təlim iştirakçıları, İzmir, Bornova və Konakdakı səhiyyə müəssisələrinə ziyarətlərlə türkiyəli həmkarlarının praktiki təcrübəsi ilə tanış olublar. Onlar yeni əldə etdikləri bilik və bacarıqları bölüşmək üçün Azərbaycanda öz həmkarlarına təlim keçəcək və ÜST-ün digər təşəbbüslərində iştirak edəcəklər.

 

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib ki, ÜST-lə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə nəticəsində Azərbaycanın nəinki texniki vasitə, avadanlıq və qoruyucu vasitələri, həm də təlim keçmiş və səriştəli həkimləri var: “Layihə pandemiyaya qarşı mübarizədə təlimlərin keçilməsi, tibbi ləvazimatların ölkəyə gətirilməsi, qiymətləndirmələrin aparılması və məlumatlandırma kampaniyaları ilə davam etdirəcək. Sağlamlığa xidmət edən bu layihənin davam etdirilməsi nəticəsində bəşəri təhlükəyə qarşı birlikdə mübarizə apararaq qalib gələcəyik”.

 

Səhiyyə Nazirliyinin nümayəndəsi Sara Həsənova və Tibbi Ərazi Bölmələrinin Idarəetmə Birliyinin (TƏBIB) şöbə müdiri Yaqut Qarayeva çıxış edərək COVID-19 pandemiyasının ilk günlərindən ÜST-ün tövsiyələrinə uyğun şəkildə fəaliyyət göstərildiyi və infeksion-nəzarət tədbirləri baxımından ölkəmizə hərtərəfli yardım edildiyini diqqətə çatdırıblar, həkimlərin səriştəliliyinin artırılması sahəsində bu təlimlərin əhəmiyyətini vurğulayıblar.

 

Təlim iştirakçıları çıxış edərək Avropa İttifaqı və ÜST-nin birgə “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsində təlim proqramında əldə etdikləri biliklərə görə təşəkkür ediblər və həmin bilikləri digər həmkarları ilə bölüşməyə hazır olduqlarını bildiriblər.

 

Təlimi bitirənlərə sertifikatlar təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır