Oruc olarkən çox susamamaq və qanın qatılaşmaması üçün VACİB tövsiyələr
20.04.2021 16:00
Oruc tutarkən havaların isti keçməsi günəş altında çox olanlar və ürək problemləri olanlarda bir sıra fəsadlar törədə bilər. Ona görə də imsakda bəzi tədbirlər görmək lazımdır ki, çox susuzluq hiss olunmasın və qan çox qatılaşmasın. Həm də özümüzü yaxşı hiss edək ki, ən azından növbəti gün oruc tuta bilək.
  
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.
  
O, bildirib ki, yayda iftarla imsak arasında ən azından 3 litr, qışda isə 1 litr çiy su içilməsi məsləhət görülür. Bu, çay və meyvə şirələrinə aid deyil. Çay və meyvə şirələri bədəndəki suyu qovur, ona görə yalnız çiy suya çox üstünlük verilməlidir:
  
"Yaxşı olar ki, 1 ədəd limonu qabıqlı formada kiçik-kiçik doğrayıb, 3-4 stəkan çiy suyun içinə atıb, imsak vaxtı içəsiniz. Çalışın imsak vaxtı çay içməyəsiniz, içmək istəsəniz açıq və limonlu çay için. Susuzluğun qaşısını almaq üçün 1 çay qaşığı məkkəgülü çiçəklərini 3 stəkan suda dəmləyib, bunu həm isti vəziyyətdə, həm də soyuq vəziyyətdə içə bilərsiniz. Məkkəgülü çayını yeməkdən sonra içmək lazımdır. Təzyiqi aşağı olanlar 1 stəkana 1 çay qaşığı bal və ya bəkməz qarışdırıb içə bilərlər. İmsakda içilən çiy suya təbii alma sirkəsi də qarışdırıb içmək çox yaxşıdır. Belə ki, 1 stəkan suya 1 xörək qaşığı alma sirkəsi qarışdırıb içə bilərsiniz. Bu, həm də arıqlamaq istəyənlər üçün çox faydalıdır. İmsakda çox duzlu və çox ədviyyatlı yeməklərdən çəkinin, çünki bunlar da susuzluğa səbəb olan qidalardır".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib