17 aprel - Dünya Hemofiliya Gününə həsr olunmuş beynəlxalq KONFRANS keçiriləcək
15.04.2021 16:43

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 1999-cu ildən etibarən 17 Aprel - Dünya Hemofiliya Gününü yüksək səviyyədə qeyd edir və ətrafına aidiyyəti dövlət və ictimai qurumları, eləcə də KİV-ləri cəlb edir.

Aztibb.az xəbər verir ki, bu il də Dünya Hemofiliya Günündə Assosiasiya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Milli Hematologiya və Transfuziologiya Mərkəzi ilə birgə “Dəyişikliyə adaptasiya və yeni dünyada yardımın dayanıqlı təminatı” şüarı altında beynəlxalq konfrans keçirəcək.

 

Konfransda qanda hemofiliya və digər laxtalanma pozğunluqlarından əziyyət çəkən vətəndaşların mövcud durumu, beynəlxalq təcrübə, yeni müalicə üsulları haqqında çıxışlar planlaşdırılır.

 

Qeyd edək ki, Dünya Hemofiliya Federasiyası tərəfindən təsis edilən 17 Aprel - Dünya Hemofiliya Günü dünyanın 120-dən çox ölkəsində vətəndaş cəmiyyəti və dövlət qurumları ilə birgə qeyd olunur.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib