Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
11.09.2026 15:23

Belarus Respublikasının Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Elmi-Praktiki Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzini ziyarət edib.

 

Bu barədə Aztibb.az-a Bakı Sağlamlıq Mərkəzindən xəbər verilib.

 

Bildirilib ki, nümayəndə heyətinin tərkibində Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Elmi-Praktiki Mərkəzinin direktoru, Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının üzvü (senator) Oleq Rummo və digər mütəxəssislər yer alıblar.

 

Səfər zamanı qonaqlara Bakı Sağlamlıq Mərkəzinin fəaliyyəti, burada yaradılmış müasir tibbi infrastruktur, pasiyentlərə göstərilən ixtisaslaşmış tibbi xidmətlər və tətbiq olunan müasir müalicə üsulları barədə ətraflı məlumat verilib.

 

Görüş çərçivəsində orqan donorluğu və transplantasiyası sahəsində təcrübə mübadiləsi, mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı peşəkar səfərlərin təşkili və elmi-praktik əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Belarus nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində yaradılmış şərait və tibbi xidmətlərin təşkili ilə yaxından tanış olub. Tərəflər gələcəkdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin və peşəkar əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
Qazaxda ana və körpənin həyatı xilas edilib
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb