ATU-nun aşağı kurs tələbələrinin aralıq qiymətləndirilməsinə start verilib
15.04.2021 13:41
Aprelin 5-dən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) I, II və III kurslarında təhsil alan tələbələrin aralıq qiymətləndirmə imtahanlarına start verilib.
 
Aztibb.az xəbər verir ki, prosesin mayın 5-dək başa çatması nəzərdə tutulub.
 
Bu barədə İmtahan Mərkəzinin müdiri, filiologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova imtahan prosesi ilə bağlı “Təbib” qəzetinə ətraflı məlumat verərkən bildirib. O, qeyd edib ki, ötən il məlum pandemiya ilə əlaqədar olaraq istər tədris prosesinin gedişi, istərsə də imtahanların götürülməsi onlayn şəkildə aparılıb: “İstəsək də, istəməsək də biz ötən ildən başlayaraq pandemiyanın tətbiq olunan qaydalarına riayət etməli olmuşuq. Aralıq qiymətləndirmə universitetimizdə üçüncü tədris ilidir ki, tətbiq olunur. Bu ilin aprelindən imtahanlar yenidən İmtahan Mərkəzində götürülməyə başlayıb. Ötən il aradan qaldırılan açıq suallar bu il yenidən imtahan suallarına əlavə olunub”.
 
Ü.Cəfərova əcnəbi tələbələrin mövcud durumlarının da nəzərə alındığını, pandemiya ilə əlaqədar imtahanların tələbələrdən distant qaydada götürüldüyünü deyib: “Elə fakültələr var ki, əcnəbi tələ­bələrin sayı yerli tələbələrə nisbətən üstünlük təşkil edir. Əczaçılıq fakültəsində vəziy­yət bu cürdür. Bu səbəbdən əcnəbilərin imtahanlarda canlı şəkildə iştirak etmək imkanlarının olmadığını nəzərə alıb adıçəkilən fakültənin tələbələrindən onlayn qaydada imtahan götürməli olduq”.
 
Mərkəz müdiri tələbələrin imtahan zalına buraxılmamışdan öncə hərarətlərinin yoxlanıldığını və pandemiya qaydasına uyğun zallarda əyləşdirildiyini də diqqətə çatdırıb. O, imtahan prosesinin nəzarətçilərin müşaiyəti ilə obyektiv şəkildə aparıldığını söyləyib. Hərarəti olanların isə imtahana buraxılmadığını və onlar üçün onlayn şərait yaradıldığını deyib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır