“Sağlam həyat, sağlam gələcək” devizi altında maarifləndirici aksiya keçirilib
14.04.2021 18:35

Salyan Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının birgə təşkilatçılığı ilə zərərli vərdişlərə, QİÇS-ə və narkomaniyaya qarşı mübarizə məqsədilə “Sağlam həyat, sağlam gələcək” devizi altında maarifləndirici aksiya keçirilib.

 

Gənclər və İdman Nazirliyinin məlumatına görə, aksiya zamanı Salyan Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının əməkdaşları vətəndaşlara maarifləndirici broşürlər paylayıb, ictimai iaşə obyektlərində sağlam həyat tərzini təbliğ edən maarifləndirici bukletlər yapışdırıblar.

 

Salyan Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının əməkdaşları zərərli vərdişlərin və narkomaniyanın fəsadları barədə əhalini məlumatlandıraraq bildiriblər ki, zərərli vərdişlər və narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən zərərli vərdişlər və narkomaniya ilə mübarizə təkcə kampaniya xarakterli deyil, həm də davamlı siyasətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib